Modern.az

Ekspert: “Bu gün qərarların müzakirəsində və icrasında QHT-lərin iştirakı sistemsiz xarakter daşıyır”

Ekspert: “Bu gün qərarların müzakirəsində və icrasında QHT-lərin iştirakı sistemsiz xarakter daşıyır”

25 May 2011, 15:02

QHT Şurasının təklif etdiyi yeni qanun layihəsi dövlət-QHT münasibətlərini tənzimləməyə kömək edəcək

QHT-lərə Dövlət Dəstəyi Şurası “İctimai iştrakçılar haqqında” Qanun layihəsinin hazırlanması barədə təklif irəli sürüb. Bu qanun layihəsi Qeyri-Hökümət Təşilatları ilə dövlət orqanları arasında  dialoqun  daimi əsaslara çevirilməsi və bunun interaktivləşdirilməsini təmin etməyə imkan verəcək.

Qanun layihəsinin əhəmiyyəti barədə Modern.az saytına  danışan Konsttitutsiya Araşdırmaları Fondunun Prezidenti  Əliməmməd Nuriyev bildirib ki, bu, ilk növbədə dövlət-QHT münasibətlərinin daha harmonitik bölünməsi ilə bağlıdır.

“Bu, QHT-lərlə dövlət orqanları arasında dialoqun daimi əsaslar üzrə çevirilməsi və bunun interaktivləşdirilməsi ilə bağlı bir məsələdir. Çünki bu gün dövlət-QHT münasibətlərinшт inkşaf etməsinə baxmayaraq, qərarların hazırlanmasında, müzakirəsində, icra olunmasında QHT-lərin iştirakı sistemsiz xarakter daşıyır. QHT-lərin iştirakına daha sistemli xarakter vermək lazımdır və vətəndaş cəmiyyəti  təşəbbüslərinin qəbul edilən qərarlar arasında əlaqələrin gücləndirilməsi daha vacib olan məsələdir. Çünki qəbul edilən qərarlar birbaşa insanlara yönəlir  və hər şeydən əvvəl insanlar bilməlidirlər ki,  o qərarların mahiyyəti nədən ibarətdir”.

Ə. Nuriyevin sözlərinə görə, bu eyni zamanda qəbul edilən qərarların daha da təkmilləşdirilməsinə kömək edəcək.  Belə ki, qəbul olunan qanunların təkmil olmasına, daha unvanlı olmasına gətirib çıxardacaq. Bundan başqa, həm də bu qanun vətəndaşların dövlət orqanların fəaliyyətində iştrakının keyfiyyətcə yeni bir mərhələyə keçməsinə gətirəcək.

“Bu gün bir çox dövlət orqanları bu və ya digər QHT-nın ekspertlərini dəvət edirlər. Lakin bu dəvət daha çox despatetiv xarakter daşıyır. Yəni “mən istəyirəm dəvət edirəm, istəyirəm dəvət etmirəm”. Hesab edirəm ki, bu qanun həm də bir qədər də QHT-lərin daha peşakarlaşmasına gətirib çıxardacaq. Ümumiyyətlə, dövlət və vətəndaş münasibətlərində tərəqqi olmadan,  bu münsibətlər sistemində aydın kriteriyalar olmadan inkşafda həmişə müəyyən problemlər ola bilər”.

Ekspertin sözlərinə görə, bu həmçinin dövlət orqanları ilə vətəndaş cəmiyyətin strukturlaşma, ölkə başçısının ictimai nəzartin daha da gücləndirilməsi barədə fikrinin tam surətdə reallaşdırılması imkanını genişləndirəcək.

“Bu gün bir çox dövlət orqanlarında müəyyən şuralar yaranmaqdadır. Amma bu şuraların yaranma mexanizmi də aydın olmalıdır. Bu iştirakçılığın subyektlərinin cəlb edilməsi prosesi, mexanizimləri açılmalıdır. Dövlət orqanı QHT-ləri prosesə dəvət etməklə işini bitmiş hesab etməməlidir. Hesab edirəm ki, burada bir qədər ixtisaslaşma lazımdır. Yəni fəaliyyəti başa düşən, bu istiqamət üzrə fəaliyyət göstərən QHT-ləri bura cəlb etmək lazımdır ki, onların daha çox faydası gəlsin. O baxımdan, “İctimai iştrakçılar haqqında” Qanunun  qəbul edilməsi də məhz  bu istiqamətdə olan boşluqların aradan qaldırılmasına və vətəndaş cəmiyyətinin daha da inkşaf etməsinə gətirib çıxaracaq”-deyə ekspert bildirib.

Ə. Nuriyevin sözlərinə görə, ona görə də QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə bu qanun layihəsi hazırlanır.
“Şuranın sədri, millət vəkili  Azay Quliyevin bu istiqamətdə təşəbbüsu oldu və mənim rəhbərlik etdiyim işçi qrup tərəfindən bu qanun layihəsi üzərində işlərə başlanılıb. Artıq biz yerli  qanunvericiliyi, eyni zamanda beynəlxalq qanunvericiliyin vəziyyətini öyrənirik, daha sonra qanun layihəsinin konsepsiyasını hazırlanacaq və qanun layihəsinin hazırlanması prosesinə  başlanılacaq. Düşünürəm ki, bu prosesdə beynəlxalq təşkilatlar da maraqlıdır”.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama