Modern.az

Qubad İbadoğlu: "Həm hökümət, həm də şirkətlər bu qanunun əleyhinə çıxış etdilər"

Qubad İbadoğlu: "Həm hökümət, həm də şirkətlər bu qanunun əleyhinə çıxış etdilər"

26 May 2011, 11:27

“Fərdi hesabatlıq məsələsində Hökümət Komissiyasının mövqeyi Koalisiyanın mövqeyi ilə üst-üstə düşür”

Azərbaycanda Mədən Sənayesində Şaffaflıq Təşşəbüsünu idarəedici orqanı olan MSŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib. İclasda xüsusən vətəndaş cəmiyyətinin maraq dairəsində olan bir sıra məsələlər müzakirə olunub. Bu barədə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə QHT Koalisiyasının Şura əlaqələndiricisi  Qubad İbadoğlu bildirib ki, iclasın gündəliyində birinci məsələ kimi MSŞT üzrə 14-cü hesabatla bağlı müzakirələrin aparılması olub. Lakin iclasda məlum olub ki, hökumətin hesabatı ilə şirkətlərin hesabatı arasındakı fərqi aydınlaşdırmaq üçün şirkətlərdən bəzisinə göndərilən müraciətə vaxtında cavab verilmədiyindən  auditor şirkəti MSŞT üzrə 14-cü hesabatla bağlı öz rəyini açıqlaya bilmir:
“14-cü hesabat 2010-cu ilin yekunlarını əhatə etməlidir. Memorandumun tələblərinə görə, hesabatı hazırlamaq üçüm auditor şirkətinə bir ay vaxt ayrılmışdı.  Bu müddət də artıq bitib.  Biz həmin şirkətlərin adlarının açıqlanmasını və məsələ ilə vağlı izahat vermələrini istədik. Lakin bizə bildirildi ki, həmin şirkətlərin adını açıqlaya bilməzlər. Şirkətlər tərəfinin mövqeyi belə oldu ki, bu, könüllü bir prinspdir və bu səbəbədən də konfidensiyallıq qorunmalıdır.  Biz təbii ki, bu mövqeyi bölüşmədik və təklif etdik ki, mədən sənayesində şəffaflıq təşəbbüsünün Azərbaycanda həyata keçirilməsində şirkətlərin yaratdığı problemlərin həllinə nail olmaq üçün şirkətlərin məsuliyyətini artıran müəyyən normalar yaradılsın. Şirkətlər məsuliyyətlərini hiss etməli və bilməlidirlər ki, onlara göndərilən müraciətlərin cavablandırılması gecikdiyindən Azərbaycanda MSŞT prosesinin gedişatı ilə bağlı probem yaranır və bu problem həm vətəndaş cəmiyyətini, həm də Hökumət Komissiyasını narahat edir. Bu narahatlıq bizdə - QHT Koalisiyasında daha çoxdur. Əgər biz dünənə qədər hesabatların vaxtında açıqlanmasından öyünə bilirdiksə,  indi bizim həmin bu əsas uğurumuz, məhz şirkətlərin öz işlərinə məsuliyyətsiz yanaşması səbəbindən şübhə altına düşə bilər”.

Q.İbadoğlunun sözlərinə görə, iclasda bu məsələ ilə bağlı qərar qəbul olunub: “Bizim belə bir qərarımız oldu ki, şirkətlər mayın sonuna qədər izahatlarını versinlər və biz iyunun 1-də Çoxtərəfli Qrupun məhz bu məsələ ilə bağlı növbədənkənar iclasını keçirək”.

Çoxtərəfli Qrupun iclasının gündəliyindəki ikinci məsələ mədən sənayesinin digər sahələrində əhəmiyyətli ödəmələrlə bağlı olub. “Bu məsələyə dair biz Hökumət Komissiyasına sorğu ilə müraciət etmişdik və bunun da əsasında katiblik müəyyən məlumatlar hazırlamışdı. Müzakirələrin gedişatında bəlli oldu ki, hazırda mədən sənayesindəki gəlirlərin 99 faizindən çoxu əhatə olunub və bu neft-qaz sektorunun dominant mövqeyindən, eləcə də qızıl və gümüş sənayesinin MSŞT-yə qoşulması ilə əlaqədardır” deyən Q.İbadoğlu təəssüflə qeyd edib ki,  Koalisiyanin digər sektorlarda şirkətlərin sayının çox olması və əhəmiyyətli ödəmələrə malik olmaması səbəbindən onların MSŞT-yə dəvət olunması ilə bağlı müraciəti Çoxtərəfli Qrup tərəfindən təsdiq olunmayıb: “Qərara alındı ki,  MSŞT-nin tətbiqi hələ ki, hazırkı formatı əhatə etsin və digər sahələrdə gəlirlərin şəffaflığının təminatı ilə bağlı araşdırmalar davem etdirilsin”.

İclada Koalisiyanın hazırladığı MSŞT Haqqında Qanun layihəsilə də bağlı müzakirələr aparılıb. Lakin bu məsələ də Çoxtərəfli Qrupun digər tərəflərinin müsbət münasibətilə qarşılanmayıb: “Bizim gözlədiyimiz kimi, həm hökümət, həm də şirkətlər bu qanunun əleyhinə çıxış etdilər. Qeyd etdilər ki, MSŞT prosesinin əsasında  könüllülük prinsipi dayanır və bunu hüququi müstəviyə gətirməyə ehtiyac yoxdur. Amma elə auditor rəyinin açıqlanmamasının səbəbi onu göstərir ki, Azərbaycanda bu prosesi hüquqi müstəviyə gətirməyin və müəyyən normaların tətbiq olunmasının vaxtı çatıb. Təssüflər olsun ki, Çoxtərəfli Qrupda qərarlar konsensus yolu ilə qəbul olunduğundan biz bu qanuna ehtiyacın olmas ilə  bağlı qrupun razılığını ala blmədik”.

İclasda gündəlikdə duran növbəti məsələ - Çoxtərəfli Qrupun nəzdində yaradılmış İşçi Qrupunun  Memorandumun təkmilləşdirilməsilə bağlı hazırladığı təkliflər də müzakirədən kənarda qalıb.  Q.İbadoğlunun sözlərinə görə, şirkətlərlə QHT Koalisiyası arasında ən çox fikir ayrılığına səbəb olan fərdi hesabatlığa keçidə  münasibətdir: “İclasda belə məlum oldu ki, işçi qrupunun təkliflərini şirkətlər tərəfi tam olaraq müzakirə etməyib və bu səbəbdən də məsələnin Çoxtərəfli Qrupda müzakirəsinə hazır deyillər. Buna görə də Memorandumun təkmilləşdirilməsilə bağlı təkliflərin müzakirəsini apara bilmədik. Lakin fikri mübadiləsi zamanı  Hökümət Komissiyasının sədri, Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun bu istiqamətdə Hökumət Komissiyasının mövqeyini  açıqladı və məlum oldu ki, onlar da  şirkətlərin fərdi hesabatlığa keçidinin tərəfdarıdır və bu məsələdə onların mövqeyi vətəndaş cəmiyyətinin mövqeyi bir-birinə daha yaxındır”.

Q.İbadoğlu eyni zamanda qeyd edib ki,  təmsil etdiyi Koalisiya həm şirkətlər, həm də ödənişlər üzrə açıqlama tələb edir. Ödənişlər üzrə açıqlamaya toxunan Q.İbadoğlu bildirib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda hesabatların çox yığcam xarakter daşıdığından bəzi ödənişlər  var ki, onlar  hesabatda  ayrıca əks etdirilmir: “Bununla bağlı Koalisiyanın mövqeyini əsaslandırandan sonra bəlli oldu ki, həqiqətən də gömrük ödənişləri və eyni zamanda pensiya fonduna sosial ayrılmalarla bağlı ödənişlərin hesabatda əksini tapmaması bizim hesabat sistemimizin digər ölkələrlə müqayisədə ümumi olmasını  təsdiq edir. İlkin razılaşma oldu ki, bu istiqamətdə apardığımız tədqiqatların nəticəsi Çoxtərəfli Qrupun növbəti iclasına təqdim olunsun və tapıntılar əsasında MSŞT hesabatlarının təkmilləşdirilməsi imkanlarını nəzərdən keçirilsin”.

İclasda kontraktların şəffaflığı məsələsi ətrafında da müzakirə aparılıb. Kontraktlardan yalnız ikisinin açıq olduğunu və onların da BP-nin saytında yerləşdirildiyini deyən Q.İbadoğlu digər şirkətlərin imzaladıqları kontraktları öz saytlarına qoymadıqlarına diqqət çəkib:  “Koalisiya Şurasının üzvü Sabit Bağırov təklif etdi ki, kontraktlar şirkət saytlarında və eyni zamnda MSŞT-nin özünün internet səhifəsində yerləşdirilsin.  Bu məsələ ilə də bağlı Hökumət Komissiyası adından Şahmar Mövsümovun şirkətlərə imzaladıqları kontraktların öz saytlarında yerləşdirilməsinə dair  müraciət göndərməsi qərara alındı”.

Çoxtərəfli Qrupun üzvləri Azərbaycanda MSŞT üzrə II Beynlxalq Konfransın keçirilməsi məsələsini də müzakirə ediblər. Bununla bağlı Koalisiyanın təklifləri dinlənilib. Qərar qəbul olunub ki, bu konfrans növbəti il üçün planlaşdırılsın və beynəlxalq ekspertlərin iştirakçılıq səviyyəsinin yüksək olması məqsədilə MSŞT üzrə Beynəlxalq İdarə Heyətinin növbəti il Bakıda keçiriləcək iclası ərəfəsinə təyin olunsun.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal