Modern.az

Gədəbəyli gənclər də kampaniyaya qoşulublar

Gədəbəyli gənclər də kampaniyaya qoşulublar

27 May 2011, 19:00

VƏTƏNİ TANI” Ümumrespublika  Kampaniyası öz seçim turlarını davam etdirir. Bu dəfə işçi qrupu Gədəbəy rayonuna səfər edib. Dağlar qoynunda yerləşən, Azərbaycanın dilbər guşələrindən olan Gədəbəydə 150 gənc arasında təşkil edilən Kampaniyanın məqsədləri barədə gənclərə Milli Şuranın Regionlar departamentinin rəhbəri Natiq Nəsirov məlumat verib.
Gədəbəyli gənclər kampaniyaya böyük maraq göstəriblər. İstər elektron, istərsə də pazl şəklində xəritəni yığmaqda gədəbəyli gənclər bir biri ilə yarışıblar. Əlbəttə. Onlar arasından yalnız iki nəfərin respublika turuna vəsiqə qazanacağı məlum idi. Amma əsas hədəf gəncləri bu kampaniya vasitəsi ilə ölkəmizin ərazi bütövlüyünü mənimsəməsi olub. Yarışma o qədər maraqlı keçib ki, gənclər hər il bu tədbirin keçirilməsini arzulayıblar.

Qeyd edək ki, kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları  nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verdiyi layihə seçim turlarını davam etdirəcək.





Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal