Modern.az

Məcburi köçkünlər kampaniyaya cəlb ediliblər (FOTO)

Məcburi köçkünlər kampaniyaya cəlb ediliblər (FOTO)

1 İyun 2011, 11:34

“VƏTƏNİ TANI” Ümumrespublika  Kampaniyası Saatlı və işğal altında olan Cəbrayıl rayon gəncləri arasında öz seçim turlarını həyata keçirib. Əvvəlcə Saatlı rayonunda olan işçi qrupu burada 150 gənc arasında xəritə və elektron variantda seçim turları keçiriblər. Gənclər həvəslə kampaniyada iştirak ediblər.

Bundan sonra Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş qəsəbələrə gələn işçi qrupu burada vətənlərindən uzaq yerdə yaşayan cəbrayıllılar arasında seçim turu keçiriblər. Açılış mərasimində çıxış edənlər bildiriblər ki, Vətənimizin dilbər guşələrindən olan Cəbrayıldan aralı olsalar da, hər zaman qəlbləri həmin yurdları səsləyir. Cəbrayıllı gənclər “Vətəni tanı” kampaniyasında çox fəallıq nümayiş etdiriblər. Onlar arasından iki gənc Respublika turuna vəsiqə qazanıb.

Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları  nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.





Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal