Modern.az

MSŞT Koalisiyası bəyanat verdi: “Hökümət və şirkətlər Azərbaycanda bu təşəbbüsün inkişafında maraqlı deyillər”

MSŞT Koalisiyası bəyanat verdi: “Hökümət və şirkətlər Azərbaycanda bu təşəbbüsün inkişafında maraqlı deyillər”

8 İyun 2011, 11:39

“Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT Koalisiyası bəyanat yayıb. Modern.az xəbər verir ki, Koalisiya Şurasının 3 iyun 2011-ci il tarixli iclasında qəbul edilən bəyanatda bildirilib:

“Sıralarında 140-dan çox yerli QHT-ləri birləşdirən İctimi Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞA) Koalisiyasi Azərbaycanda bu təşəbbüsün tətbiqində son zamanlar yaranmış durğunluqdan narahatlığını ifadə edərək bildirir ki,  2009-cu ildə Dohada keçirilmiş  İV Qlobal  Konfransda Beynəlxalq İdarə Heyətinin  tövsiyəsi ilə yaradılmış Çoxtərəfli Qrupla bağlı gözləntilər özünü doğrultmayıb. Qrupun yaranmasından 1 ildən artıq vaxt keçməsinə baxmayaraq, ötən dövr ərzində tərəflər  hesabatlarda təbii qazla səmt qazının ayrılması, digər vergilərin yalnız adlarının açıqlanması, hesabatların ildə 2 dəfə deyi, 1 dəfə  təqdim olunması kimi xırda və texniki dəyişikliklər  istisna olmaqla,  əhəmiyyətli qərarlar verə bilməyib və bununla Çoxtərəfli Qrup   səlahiyyətləri və funksiyalarını potensial olaraq icra edə bilməyib.  Qrupun fəaliyyəti dövründə Razılaşma səsnədinin müvafiq olaraq 3.1., 3.2. və 11-ci maddələrinin tələblərinin pozulması halları da müşahidə olunmuşdur.

Bu dövr ərzində Koalisiya tərəfindən Qarşılıqlı Anlaşma Memorandumun təkmilləşdirilməsi məqsədilə irəli sürülmüş təkliflərin müzakirəsi davam etdirilmiş, bununla əlaqədar olaraq xüsusi işçi qrupu yaradılmış, lakın xüsusilə də Çoxtərəfli Qrupda təmsil olunan şirkətlər arasında  qərar qəbul edilmə mexanizminin ləng olması irəli sürülən  təkliflərə  dair mövqelərin dəqiqləşdirilməsi uzanmış və proses də öz-özlüyündə yubanmışdır. Çoxtərəfli Qrupun 20 may 2011-ci il tarixli iclasında Memoranduma dair Koalisiya təkliflərinin müzakirəsi gündəliyə salınsa da, şirkətlərin müzakirəyə hazır olmaması ucbatından bu məsələ iclasın gedişində gündəlikdən çıxarılmışdır.  Bu isə Azərbaycanda yeni institutun - Coxtərəfli Qrupun yaranması ilə əlaqədaq olaraq Memorandumda  zəruri texniki dəyişikliklərin həyata keçirilməsini belə  ləngidir və Çoxtərəfli qrupun işgüzar fəaliyyətinə əngəllər yaradır.

Koalisiya hesab edir ki, Memorandumun təkmilləşdirilməsinə dair Koalisiya tərəfindən irəli sürülən dəyişiklərin həyata keçirilməsi Çoxtərəfli Qrupun yaranmasından sonra formalaşmış yeni institutsionallaşma mühitində mövcud idarəetmənin təkmilləşdirilməsi və səlahiyyətlərin dəqiqləşdirilməsi üçün əsaslar yarada və  onun institusionalaşma prosesini sürətləndirə bilər. Bu isə Azərbaycanda MSŞT-nin tətbiqi sahəsində keyfiyyət dəyişiklərini şərtləndirə bilər.

Koalisiyanın narahat edən başlıca problemlərdən biri də şirkətlərin  fərdi hesabatlığa keçidi və bununla əlaqədar olaraq fərdi hesabatlar açıqlaması məsələsidir. Bu istiqamətdə təkliflərini  bir neçə il bundan əvvəl irəli sürən Koalisiyanın  bu təşəbbüsünə münasibətdə də bəzi şirkətlərin uzun illər dəyişməz qalan mövqeyinin ABŞ Senatının qəbul etdiyi  Dodd-Frank Wall Street Reform Actının icrasından  sonrakı dövrdə də  dəyişməməsi Koalisiya üzvlərində təəssüf və təəccüb hissi doğurur. Bu, eyni zamanda bu təşəbbüsə hətta fərdi qaydada bəzi şirkətlərin müsbət yanaşmasına baxmayaraq, bütövlükdə  şirkətlər qrupunun marağının olmaması ona qarşı formalaşmış mövqenin  bir mərkəzdən idarə olunması rəyini formalaşdırır.

QHT Koalisiyası təşəbbüsün dərinləşməsi və ölkənin bu təşəbbüsdə lider mövqeynin qorunub saxlanması üçün bütün mümkün imkanlardan istifadə etmişdir. Koalisiya “Neft Fondu Haqqında”, “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Haqqında” Qanun layihələrini hazırlayaraq maraqlı tərəflərə təqdim etmiş, mövcud normaların və qaydaların təkmilləşdirilməsi üçün təkliflər hazırlamışdır.

MSŞA Koalisiyasinin  tərəfindən hazırlanmış  “MSŞT haqqında Qanun”a  ehtiyacın  Çoxtərəfli Qrupun  20 may 2011-ci il tarixli iclasında  müzakirəsi zamanı qarşı tərəflərin əks mövqe nümayiş etdirməsi bir daha göstərir ki, MSŞT iştirakçıları olan Hökümət və Şirkətlər Azərbaycanda  bu təşəbbüsün inkişafında maraqlı deyillər. Bu isə MSŞT-nin beynəlxalq səviyyədə tələblərinin sərtləşdiyi dövrdə  Azərbaycanda bu təşəbbüsün  əvvəllər olduğu kimi müvəffəqiyyətlə tətbiqində və birincilər sırasında qalmasında problemlər yaradır.  Belə ki, Çoxtərəfli Qrupun 20 may 2011-ci il tarixli iclasında 14-cü hesabatın tərəflər üçün təqdimatı  nəzərdə tutulsa da, planlaşdıırlan təqdimat  bəzi şirkətlərin seçilmiş Auditor Şirkətinin izahat almaq məqsədilə sorğusuna vaxtında cavab verməməsi səbəbindən təxirə salınmışdır. Hesabatların vaxtında təqdim edilməməsi halının dəfələrlə  təkrar olunmasını nəzərə alaraq, MSŞA Koalisiyasi təmsilçilərinin həmin şirkətlərin belə məsələlərə münasibətdə məsuliyyətinin artırılması məqsədilə həmin şirkətlərin adlarının açıqlanması və digər məsuliyyət normalarının yaradılması sahəsində irəli sürdüyü təkliflər bu barədə əvvəllər razılaşmalar olmasına baxmayaraq qəbul edilməmişdir və hətta bu cür təkliflərə şirkət təmsilçiləri ironik münasibət belə nümayiş etdirməkdən də çəkinməmişlər. Nəticədə Azərbaycanda MSŞT-nin tətbiqinə dair 14-cü hesabatı vaxtında təqdim olunmamışdır.

Koalisiya hesab edir ki, onu narahat edən problemlərin tezliklə aradan qaldırılması və Azərbaycanda MSŞT-nin inkişafı məqsədilə irəli sürdüyü təkliflərin qəbulu və reallaşması istiqamətində yaxın zamanlarda ciddi irəliləyişlər olmazsa,  bu təşəbbüsün reallaşdıırlmasında bir tərəf olaraq  Azərbaycanda MSŞT-nin vaxtından əvvəl dəyərləndirilməsinə təşəbbüs göstərmək  səlahiyyətindən istifadə edərək, Beynəlxalq İdarə Heyətinə və Katibliyə müraciət edəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal