Modern.az

İmkansız gənclərə Türkiyədə pulsuz ali təhsil almaq imkanı yaradılıb

İmkansız gənclərə Türkiyədə pulsuz ali təhsil almaq imkanı yaradılıb

9 İyun 2011, 11:11

Azərbaycandan Türkiyəyə göndəriləcək 10 nəfər abituriyent universitetlərin təhsil haqlarından azad olaraq ali təhsil alacaqlar. Həmin universitetlər aşağıdakılardır:

Bahçeşehir Universiteti- 5 yer,
Okan Universiteti -       3 yer,
Sabançı Universiteti-    1 yer,
İstanbul Bilgi Universiteti-1 yer.

Layihə rəhbəri Razi Vəliyev bu təqaüdlərin və universitetlərin sayının artacağını vurğulayıb.

2011-ci ildən başlayaraq bu layihə Akademi Təhsil Qurumunun təşəbbüsü ilə yaradılan, respublikamızın və Türkiyənin tanınmış dəyərli ziyalılarından ibarət Məsləhətçi Şurasının iştirakı ilə həyata keçiriləcək. Məqsəd savadlı, zəkalı abituriyentlərin seçilib onların təhsilinə yardımçı olmaqdı. Şura gələcəkdə də qurum tərəfindən həyata keçiriləcək layihə və proqramlarda yaxından iştrak edəcək.

Qeyd edək ki, elə tədbirdə deputat, jurnalist və ictimai xadimlərdən ibarət Məsləhətçi Şuranın üzvləri seçilib.

O da vuyrğulanıb ki, təqaüd proqramına  orta ümumtəhsil məktəblərin məzunu olmuş hər bir azərbaycanlı abituriyent müraciət edə bilər.

Millət vəkili Azay Quliyev qurumun bu layihəsini önəmli hesab edərək bildirib ki, burada əsas şərt ondan ibarətdir ki, bilik, intellektual səviyyəsi büyük olan lakin, maddi imkanları xaricdə təhsil almağa imkan verməyən gənclərin cəlb olunması təqdirəlayiq haldır.

Bundan başqa, Qurum Türkiyədə təhsil almaq istəyən tələbələr üçün konsultasiyalar da həyata keçirir.
2010-cu ildən etibarən artıq Türkiyə universitetlərində sadəcə attestat ilə təhsil almağın mümkün olduğunu vurğulayan Razi Vəliyev, bununla yanaşı TCS, TQDK, SAT kimi imtahan nəticələri ilə də Türkiyə universitetlərinə qəbulun həyata keçirildiyini bildirib.

Təqaüd Proqramına Müraciət üçün lazım olan sənədlər:

Attestat
Transkript (9-11-ci siniflərin qiymət cədvəli. Dərs saatları göstərilməklə)
İmtahan nəticəsi (SAT, TCS, TQDK)
Varsa Beynəlxalq Olimpiada medalı
Şəxsiyyət vəsiqəsinin və ya pasportun notarius təsdiqli surəti
Müraciət anketi (Müraciət əsnasında doldurulacaq)

Son müraciət tarixi: 30 avqust 2011
Ünvan: Uğur Akademi Təhsil Mərkəzi
www.mezun.az
www.ugurakademi.az
Süleyman Rəhimov 186 (Azadlıq 37) Tel: 012 449 81 56 – 055 249 81 56

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal