Modern.az

İsveçrə səfiri: “Azərbaycan parlamentdə qadın-kişi bərabərliyinin təmin olunacağına ümid edirəm”

İsveçrə səfiri: “Azərbaycan parlamentdə qadın-kişi bərabərliyinin təmin olunacağına ümid edirəm”

17 İyun 2011, 11:28

Qadın Parlamenti Azərbaycanda Qadın parlamentinin üzvləri üçün növbəti tematik sessiyalarını keçirib. İki  gün davam edən tematik sessiya İdarəetmə və Parlament Sistemi ilə Tanışlıq mövzusuna həsr edib. Bu barədə Modern.az-a quurmdan məlumat verilib.

Təlimləri Beynəlxalq İnkişaf Agentliyi, Azərbaycan Parlament Proqramının icraçı direktoru Aybəniz Məmmədova, NCSL Təşkilatının nümayəndəsi (ABŞ) Tim Storey, AQUPDK-nin hüquq təminat şöbəsinin müdiri Taliyyə İbrahimova,  AQUPDK-nin qadin-gender məsələləri şöbəsinin baş məsləhətçisi Mehriban Əsədli, İsveçrənin Azərbaycandakı Səfiri Sabin Ulman Şaban,  Milli Məclisin Deputatı Çingiz Qənizadə aparıb.   

İsveçrənin Azərbaycandakı Səfiri Sabin Ulman Şaban  “Gender Bərabərliyi Siyasətinin Formalaşması” haqqında İsveçrə nümunələrini Qadın Parlamentinin üzvlərinə  təqdim edib. Sabin Ulman Şaban  İsveçrə nümunələrindən danışarkən ölkəsində 1996-cı ildə Xarici İşlər Nazirliyində yalnız  kişilərin çalışdığını vurğulayıb. “2003-cü ildə İsveçrənin tarixində ilk dəfə xarici işlər naziri vəzifəsinə qadın təyin olundu. O da, gender bərabərliyini təmin etmək üçün işə qadınları cəlb etməyə başladı. İsveçrəni başqa ölkələrdə təmsil edən diplomatik korpuslara qadınları başçı təyin etdi. Kvota sisteminin tətbiq olunmasını formalaşdırdı. Hazırda İsveçrədə vəziyyət bərabərləşməyə doğru gedir”-,deyə o, bildirib. Xanım S. Ulman Şaban   növbəti 10 ildə parlamentdə qadınların kişilərlə bərabər səviyyədə iştirakının təmin olunacağına ümid etdiyini söyləyib.

Beynəlxalq İnkişaf Agentliyi, Azərbaycan Parlament Proqramının icraçı direktoru Aybəniz Məmmədova isə  “Milli Məclisin Strukturu və Funksiyaları, Siyasət və Proqramların Formalaşması” mövzusunda sessiya aparıb. A.Məmmədova bu sessiya ilə Qadın Parlamentinin üzvlərinə qanunlarin qəbul olunması metod və təcrübəsi, eləcə də, deputatların vəzifələri haqqında  məlumat verib.

AQUPDK-nin qadın-gender məsələləri şöbəsinin baş məsləhətçisi Mehriban Əsədli “Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturu, funksiyalari, siyasətin idarə olunmasinda fəaliyyəti və rolu”  sessiyasını təqdim edib.

Ekspertə görə, Azərbaycanda ən aktual məsələ qadınları qəbuletmə səviyyəsinin və icraedici orqanlarda sayının artırılmasıdır. “Bunun üçün bir sıra tədbirlər də görülür.  11 “Uşaq və Ailələrə Dəstək Mərkəzi”nin fəaliyyət göstərməsi buna əyani sübutdur. Komitə sosial problemi olan ailələrə, yardıma ehtiyacı olan uşaqlara köməklik göstərir, qadinlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üçün dəyirmi masalar, beynəlxalq konfranslar təşkil edir.

AQUPDK-nin hüquq təminat şöbəsinin müdiri Taliyyə İbrahimova isə bu sahədə  vəziyyətin yaxşılaşması üçün valideyn məsuliyyətinin önəmli olmasını xüsusi vurğulayıb. Sonda ekspertlər layihənin məhsulu olaraq Milli Məclisə, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyə paketləri və CEDAW komitəyə hesabat təqdim olunacağı üçün hesabatlarda daha çox qabardılması üçün  parlament üzvlərinə daha aktual məsələləri açıqlayıblar.

Millət vəkili Çingiz Qənizadə mövzunu davam etdirərək “Qanunvericilik kontekstində qadınların vəziyyəti” haqqında ətraflı tövsiyyələr edib.

Xatırladaq ki,  Qadın Parlamenti Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) BMT-nin Demokratiya Fondunun maliyyə dəstəyi ilə yaradılıb.  Parlament Azərbaycanda qadın hüquqları və gender bərabərliyi vəziyyətinin araşdırılması, təhlili, təkminləşdirilməsi və inkişafı məqsədilə yaradılan və Azərbaycanın müxtəlif sahələri və çoxsaylı mövzular üzrə çalışan ölkənin tanınmış 25 qadınından ibarət bir qurumdur.

Qeyd edək ki, Qadın Parlamentinin rəsmi mandatı və ya statusu yoxdur. O, RİQC-in nəzdində fəaliyyət göstərən, qeyri-partiya formatında işləyən və rəmzi xarakter daşıyan bir qurumdur. Qadın Parlamentinin işi “Bərabərlik Haqqa Bərabərdir: Qadınlara Bərabərlik!” şüarı altında aparılır.

Qadın Parlamentinin işi əsasən ölkədə qadın hüquqları və gender bərabərliyi sahəsində mövcud olan vəziyyətinin öyrənilməsi, problemlərin aşkarlanması, həll yollarının araşdırılmasına, aşkarlanan nəticələrin bütün səviyyələrdə diqqətə cəlb edilməsi, müzakirəsi və həll olunması istiqamətində addımların atılmasına, yerli və beynəlxalq təşkilatların müsbət təcrübəsindən istifadə edərkən yeni mexanizmlərin tətbiq edilməsinə xidmət etməkdir.
 Layihə müddətində mütəmadi plenar sessiyalar, silsilə tematik sessiyalar təşkil olunur. Layihənin gözlənilən nəticələrindən ayrı-ayrı sektorlara və qurumlara, o cümlədən Milli Məclisə və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyələrin, həmçinin BMT-nin Qadınlara Qarşı Ayrıseçkiliyin Ləğv Edilməsi üzrə Komitəsinə (CEDAW) hesabatın hazırlanması daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama