İnternet məkanında fotobank.az adlı yeni sayt fəaliyyətə başlayıb. Modern.az-ın məlumatına görə, yenicə fəaliyyətə başlayan saytda hazırda 5000-dən artıq foto yer alır.
Sayt 4 başlıca qaynağın materialları üzərində qurulub. Belə ki, fotobank.az-a Nərmin Tahirzadənin arxivi, Ədalət Tahirzadə və Əlyazmalar İnstitutunun foto arxivləri və özülü hələ yenicə qoyulmuş “Özəl əski ailə fotoları” yerləşdirilib.
İyunun 22-də Azərbaycan Media Mərkəzində kommersiya məqsədi daşımayan fotobank.az saytının təqdimatı keçiriləcək. Tədbirdə iştirak edənlər arasında Ədalət Tahirzadə, Toğrul Cuvarlı, Cəmil Həsənli və Əlyazmalar institutunun alimləri olacaqlar.
Modern.az