Modern.az

Dünya Azərbaycanlıları Konqresi təşkilatdan kənarlaşdırılanlarla bağlı açıqlama yaydı

Dünya Azərbaycanlıları Konqresi təşkilatdan kənarlaşdırılanlarla bağlı açıqlama yaydı

5 Avqust 2011, 16:47

Dünya Azərbaycanlıları Konqresi növbəti açıqlama ilə çıxış edib. Modern.az-a daxil olan açıqlamada bildirilib ki, artıq bir müddətdir ki, DAK-dan bu və ya digər səbəblərdən ayrılmış və ya kənarlaşdırılmış bəzi insanlar təşkilat adından ictimaiyyətə müraciətlər edir, məsələnin mahiyyətindən yayınmağa çalışır, birləşmək adı altında bölücülüyə xidmət edən informasiyalar yaymaqla bilərəkdən və ya bilməyərəkdən düşmən dəyirmanına su tökürlər.

“DAK-dan ayrılmağa məcbur olan belə insanların Dünya Azərbaycanlılarına müraciəti də bu qəbildəndir. Müraciətdə DAK-ın parçalanması vurğulanır və birləşdirmə qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin yarandığı haqda yalan məlumat ictimaiyyətə təqdim edilir.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, DAK doğrudan da böyük təşkilatdır və dünya azərbaycanlılarının ilk beynəlxalq qurumu kimi xüsusi nüfuza malikdir. Son illər bu qurumun sıraları daha da genişlənmiş, qurumda nüfuzlu və iddialı şəxslərin sayı çoxalmışdır. Təbii haldır ki, təşkilatın böyüməsi və çoxsaylı nüfuzlu insanların mövcudluğu fərqli fikirlərin və düşüncələrin yaranmasına gətirib çıxarır. Həmçinin Azərbaycanın haqq səsini dünyada tanıtmaq, təbliğat aparmaq, iş görmək yönündə baxışlar toqquşur. Təəssüf ki, bu baxışların toqquşmasında çirkin niyyətlər, düşmən təsirləri də bəzən hiss olunur və bu baxımdan niyyəti xoş olanlar ayrılaraq öz düşüncələrinə uyğun yeni təşkilat formalaşdırıb genişləndirmək, təbliğatı paralel aparmaq yolunu tutur, bəziləri isə aranı qatmaqla kimlərinsə sifarişini yerinə yetirirlər”.

Açıqlamada qedy olunub ki, son günlər DAK-dan bu və ya digər səbəbdən uzaqlaşdırılan şəxslərin «birləşdiricilik» çağırışları da aranı qatmağa xidmət edir.
“Bu şəxslər DAK-da fəaliyyət göstərərkən niyə belə təşəbbüs göstərmirdilər? Necə oldu ki, DAK sıralarından xaric edildikdən sonra DAK-ın parçalanmasını «xatırladılar» və «birləşməyin» vacibliyini gündəmə gətirdilər?

Azərbaycan ictimaiyyətinə «birləşdiricilik» iddiası altında təbliğatın səbəbi və nəticələri gün kimi aydındır. Görünür, DAK-ın gündən-günə böyüməsi və yeni-yeni diaspor təşkilatlarının meydana gəlməsi İran və Rusiyanı çox narahat edir və hər iki dövlət əllərində olan vasitələri işə salmaqla qurumun adını ən azı ləkələməyə çalışırlar.

DAK ayrılmağa məcbur olan bəzi soydaşlarımızın nəzərinə çatdırırıq ki, hazırda apardıqları təbliğatla kimlərinsə əlində alət olduqları təsəvvürünü yaradır və özlərini nüfuzdan salırlar. İstəklərində səmimidirlərsə və heç bir düşmən qüvvənin təsirində deyillərsə, diaspor fəaliyyətlərini davam etdirsinlər, təbliğatlarını böyük bir qurumun adının ləkələnməsi istiqamətində deyil, Azərbaycanın haqq səsini dünyaya tanıtmaq üstündə qursunlar. DAK-ın fəaliyyəti davam etdiyi halda ikinci, üçüncü eyni adlı təşkilat yaratmaq kimi anlaşılmazlıq və perspektivsiz təşəbbüslərdənsə, DAK-ın növbəti qurultayına qatılsınlar və ya başqa adla müstəqil qurum yaratsınlar”.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal