Modern.az

Bələdiyyələrdə qeyri-şəffaflıq: səbəblər nədir?

Bələdiyyələrdə qeyri-şəffaflıq: səbəblər nədir?

8 Avqust 2011, 13:16

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Bələdiyyələrdə ictimai münasibətlərin inkişaf etdirilməsi, şəffaflığın artırılması üçün tədbirlər planının hazırlanması və reallaşdırılması” layihəsinin ikinci mərhələsinin icrasını davam etdirir. 5 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihənin birinci mərhələsində bələdiyyə üzvləri və qulluqçuları arasında sorğular keçirilib. İkinci mərhələdə isə nəzərdə tutulan pilot bələdiyyələrdə ictimai müzakirələr keçirilir. Artıq həmin ictimai müzakirələrdən ikisi keçirilib. İlk müzakirə Şabran bələdiyyəsində, daha sonra Quba şəhər bələdiyyəsində baş tutub. Keçirilən hər iki ictimai müzakirədə bələdiyyə üzvləri və qulluqçuları, məhəllə komitələrinin nümayəndələri iştirak edib.
“Bələdiyyələrdə ictimai münasibətlərin inkişafı və şəffaflıq” mövzusunda keçirilən ictimai müzakirədə “Bələdiyyələrdə ictimai münasibətlərin inkişafı və vətəndaşlarla əlaqələrin gücləndirilməsi”, “İctimai müzakirələr və Vətəndaş Cəmiyyəti sektorunun prosesdə iştirakı”, “Bələdiyyələrin ictimai münasibətlərin inkişafında maraqları”,  “Bələdiyyələrin informasiya açıqlığının vacibliyi”, “Sosial problemlərin həllində ictimai münasibətlərin rolu”, “İctimai vəsaitlərin xərclənməsində vətəndaş nəzarəti” kimi mövzular ətrafında müzakirələr aparılıb.

Layihənin rəhbəri Rəfail Becanov ictimai müzakirələrdə çıxış edərək, layihənin məqsədi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılmasında və hesabatlılığın olmasında maraqlı olması haqqında geniş məlumat verib. Layihə rəhbəri bildirib ki, Şura bələdiyyələrdə ictimai münasibətlərin inkişaf etdirilməsində, eləcə də bələdiyyələrin fəaliyyətinin açıqlığında, onların QHT sektoru ilə əlaqələrinin gücləndirilməsində maraqlıdır və layihənin dəstəklənməsində də bu amil mühüm rol oynayıb.
Daha sonra müzakirə iştirakçıları ilə mövzu ətrafında diskussiya aparılıb. Müzakirələrdə bələdiyyə büdcəsi ilə bağlı fikirlər səsləndirilib. Belə ki, büdcə proqnozları və büdcə vəsaitləri xərclərinin yerli əhali ilə müzakirə olunmasının vacibliyi və bunun bələdiyyələr haqqında müvafiq qanunvericilikdə də təsbit olunması bələdiyyələrin nəzərinə çatdırılıb. Habelə bələdiyyələrin vətəndaş cəmiyyəti institutları ilə əlaqələrinin zəifliyi və bunun da bələdiyyələrin fəaliyyətinə, onların hesabatlılığına, büdcə şəffaflığına mənfi təsir etdiyi diqqətə çatdırılıb.

Bələdiyyə üzvləri və qulluqçuları da tədbirlərdə aktivlik göstərib. Onlar çıxışlarında bildiriblər ki, bacardıqları qədər ictimai münasibətlərin inkişafına maraq göstərirlər.
Lakin müəyyən obyektiv səbəblərdən bu münasibətlər hələ də yüksək səviyyədə deyil.

Növbəti anoloji tədbirlər bu həftə Qusar və Xudat bələdiyyələrində keçiriləcək.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal