Modern.az

Azərbaycanda anti-korrupsiyaya dair hesabat hazırlanacaq

Azərbaycanda anti-korrupsiyaya dair hesabat hazırlanacaq

23 Avqust 2011, 12:35

“Konstitusiya” Araşdırmalar Fondu “OECD-nin İstanbul anti-korrupsiya Fəaliyyət Planının və GREGO-nun  tövsiyyələrinin Azərbaycanda həyata keçirilməsi vəziyyətinə dair hesabat hazırlanması” layihəsinin icrasına başlayıb.  Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihənin məqsədi OECD-nin İstanbul anti-korrupsiya Fəaliyyət planının və GREGO tövsiyyələrinin həyata keçirilməsi səviyyəsinin vətəndaş cəmiyyəti tərəfindən dəyərləndirilməsi, hökumətin hesabatına alternativ vətəndaş cəmiyyətinin mövqeyini əks etdirən peşəkar hesabatın hazırlanmasıdır. Həmçinin, layihənin icrası zamanı tövsiyyələr həyata keçirilmədiyi zaman buna səbəb olan vəziyyətin öyrənilməcək, OECD-nin İstanbul anti-korrupsiya Fəaliyyət planının və GREGO tövsiyyələrinin uğurla həyata keçirilməsi üçün təkliflərin hazırlanması və bütün maraqlı tərəflərə təqdim olunacaq.

Layihənin yekun mərhələsində hazırlanacaq hesabat ingilis dilinə tərcümə ediləcək, çap ediləcək və layihənin yekunlarının təqdimatı  keçiriləcək. Təqdimata dövlət, QHT, beynəlxalq təşkilatlar, KİV nümayəndələri dəvət olunacaq.

Layihə çərçivəsində hazırlanmış hesabat GRECO-ya həmçinin OECD-nin maliyyə və biznes üzrə Direktoratının  Korrupsiyaya qarşı mübarizə üzrə şöbəsinə, bu təşkilatların Azərbaycana səfər edən missiya üzvlərinə, həmçinin müvafiq dövlət orqanlarına, vətəndaş cəmiyyəti institutlarına, KİV və beynəlxalq təşkilatlara təqdim ediləcək.

Bu layihənin həyata keçirilməsi nəticəsində korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin icrası ilə bağlı vətəndaş cəmiyyətinin mövqeyi ictimaiyyətə açıqlanması ənənəsinin əsası qoyulacaq.

Layihənin icrası zamanı əldə olunmuş təcrübə müstəqil ekspertlərin və QHT nümayəndələrinin hökumətin antikorruspsiya siyasəti çərçivəsində görülmüş işlərin qiymətləndirilməsi və rəsmi mövqedən başqa alternativ mövqenin ifadə olunmasına və cəmiyyətin, beynəlxalq birliyin daha obyektiv məlumatlandırılmasına imkan verəcək

Layihənin həyata keçirilməsi ilə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirilir.

“Azərbaycan Avropa Şurasının «Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında» və «Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında» Konvensiyalarına qoşulmuşdur. Bundan başqa  Azərbaycan  Respublikası    Korrupsiyaya  qarşı  Dövlətlər  qrupuna  (GRECO) və OECD-nin İstanbul Anti-Korrupsiya Fəaliyyət Planına qoşulub.

İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində, eyni zamanda GREGO tərəfindən Azərbaycanın korrupsiyaya qarşı mübarizə ilə bağlı görülmüş işlər dəyərləndirilir və  problemlərin aşkarlanması və aradan qalıdırılması üçün tövsiyyələr hazırlanır.

Artıq İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində 2006-cı ildə monotorinqin I raundu üzrə, 2010-cu ildə isə  monotorinqin II raundu üzrə dəyərləndirmə hesabatları açıqlanıb. 2006-ci ildə isə GREGO-nun  birgə birinci və ikinci dəyərləndirmə raundları  ilə bağlı Azərbaycan Respublikası üzrə dəyərləndirmə Məruzəsi açıqlanıb.

İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində, eynı zamanda GREGO tərəfindən Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlkərin və verilmiş tövsiyyələrin yerinə yetirilməsinin monitorinqi  aparılır və hesbatlar hazırlanır. Bu hesabatlar əsasən hökümətə göndərilmiş suallar toplusuna  verilən cavablar, rəsmi görüşlər və eyni zamanda vətəndaş cəmiyyətinin mövqeyi nəzərə alınmaqla hazırlanır.

Lakin müşahidələr, Fond tərəfindən aparılmış  təhlillər göstərir ki, bu hesabatlar  hazırlanan zaman əsas diqqət hökumətin suallar toplusuna verdiyi cavablara yönəlir, vətəndaş cəmiyyətinin dəyərləndirmələri isə zəif mövqe olaraq qalır. Vətəndaş cəmiyyətinin mövqeyi bu hesabatlar açıqlanan zaman kifayət qədər nəzərə alınmır. Bu isə öz növbəsində real vəziyyətin daha dəqiq dəyərləndirilməsinə və ictimailəşdirilməsinə, hökumətin antikorrupsiya siyasətinin formalaşmasında vətəndaş iştirakçılığının genişləndrilməsinə  mane olur. Sözügüdən hesbatlar eyni zamanda beynəlxalq birliyin Azərbaycanın korrupsiyaya qarşı mübaizə sahəsində əldə etdiyi naliyyətlər, nöqsanlar, üzləşdiyi problemlər barədə mövqeyni ifadə edir. Bu baxımdan burada yerli vətətndaş cəmiyyəti instititlarının mövqeynin də tam dolğunluğu ilə ifadə olunması real vəziyətin daha obyektiv qiymətləndirilməsində əsas amillərdən biri kimi çıxış edə bilərdi”.

Modern.az               

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal