“Konstitusiya” Araşdırmalar Fondu Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılması və onun ictimai vəkillik kampaniyasının aparılması” layihəsinin icrasına başlayıb. Cəmiyyətdə korrupsiyanın təzahür formaları və onlara qarşı mübarizə metodları haqqında ictimaiyyətin məlumatlandırılması, şəffalığın artırılması məqsədi ilə vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılması, layihənin əsas məqsədləridir.
Fonddan Modern.az-a bildirlib ki, layihə çərçivəsində korrupsiya, ona qarşı mübarizə, vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesbatlılığı mövzusunda ictimaiyyətin məlumatlandırılması məqsədilə televiziya və radio verilişlərin hazırlanması, mətbuatda və xəbər saytlarında məqalələrin dərc olunması, bölgələr də daxil olmaqla ictimai müzakirə və dəyirmi masaların keçirilməsi nəzərdə tutulub.
Artıq “Konstitusiya” Araşdırmalar Fondunun ekspertləri tərəfindən milli qanunvericlik və beynəlxalq praktika əsas götürülməklə vəzifəli şəxslər tərəfindən təqdim ediləcək Maliyyə xarakterli məlumatlar haqqında Bəyyannamənin ilkin forması hazırlanıb. Eyni zamanda vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi ilə bağlı qanunvericliyin təkmilləşdrilməsi məqsədilə təkliflər hazırlanıb. Eyni zamanda Bəyannamə forması və qanunvericiləyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin əlaqədar dövlət orqanları ilə müzakirəsi prosesi başlayıb. Müzakirələr başa çatdıqdan sonra Bəyannamə forması, qanunverciliyin təkmilləşdirilməsi üçün təkliflər ictimaiyyətə təqdim ediləcək, “Konstitusiya” Araşdırmalar Fondunun və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin saytında yerləşdiriləcək. Həmçinin ictimaiyyətin rəyini öyrənmək üçün bununla bağlı təşkilatın saytında sorğu keçiriləcək.
Layihənin gözlənilən nəticələri ilə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, layihə çərçivəsində həyata keçiriləcək maarifçilik fəaliyyəti vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizmləri ilə bağlı vətətndaşlarınməlumatlandırılması baxımından əhəmiyyətli töhfə olacaq. Belə ki, bu sahədə demək olar ki, məlumatlılıq səviyyəsi çox aşağıdır.
Layihənin komponentlərindən biri olan Maliyyə xarakterli məlumatlar haqqında Bəyyannamənin formasının hazırlanması, vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi ilə bağlı qanunvericliyin təkmilləşdrilməsi məqsədilə hazırlanmış təkliflər, ictimai müzakirələr bu sahədə beynəlxalq praktikada istifadə olunan prosedur və mexanizmlərin ölkəmizdə tətbiqi işinə yardım göstərəcək.
Modern.az