Mərkəzi Qərargahı Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Avrasiya Ekonomik İlişgilər Dərnəyi (EkoAvrasya) Azərbaycanlı araşdırmaçı-jurnalist Elnur Eltürk, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər Təşkilatının başçısı, Milli QHT Forumunun koordinatoru Mübariz Quliyevi ödülləndirib.
Bu barədə Modern.az saytına dərnəyin başqanı Hikmet Eren məlumat verib: “Ötən ilərdə olduğu kimi, bundan sonra da Türk dünyasının birliyi istiqamətdinə çalışan insanlar dərnəyimiz tərəfindən ödülləndiriləcəkdir”.
Qeyd edək ki, adıkeçən şəxslər dərnəyin ödülünə Azərbaycanla Türkiyə arasında sosial-mədəni ilişgilər və informasiya mübadiləsi sahəsində göstərdikləri xidmətlərə, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü münasibəti ilə layiq görülüblər.
Modern.az