Modern.az

Lefke Avropa Universitetinin rektoru : “Azərbaycanlı xanımın beynəlxalq quruma rəhbərliyi bütün türk toplumlarının uğurudur”

Lefke Avropa Universitetinin rektoru : “Azərbaycanlı xanımın beynəlxalq quruma rəhbərliyi bütün türk toplumlarının uğurudur”

Qarabağ

10 Oktyabr 2011, 10:23

“Dünya Gənclər Bankı Şəbəkəsi” (WYBN) MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli və regional ofisin baş əməliyyat direktoru Elxan Qazizadə Küzey Kıbris Türk Cumhuriyyətinə səfəri çərçivəsində Lefke Avropa Universitetində olublar. Regional ofisin rəhbərliyi universitetin rektoru, professor  Ahmet Bülend Göksel ilə görüşüblər.  

Bankın ofisindən  verilən məlumata görə, görüş zamanı universitetin rektoru professor Ahmet Bülend GÖKSEL  Bankın Təhsil Departamenti ilə universitet arasında birgə fəaliyyətlə bağlı baglanmış  müqavilə və mövcud olan  iş əlaqələrindən məmnunluğunu bildirib. Professor qeyd edib ki, gənc bir azərbaycanlı xanımın beynəlxalq quruma rəhbərlik etməsi yalnız Azərbaycanın deyil, bütün türk toplumlarının uğuru kimi dəyərləndirilməlidir.  Ahmed Bülent Göksel eyni zamanda Bankın regional ofisi tərəfindən  keçirilən “ Yaşil texnologiyalar” beynəlxalq  konfransda da partnyor kimi ön siraları bölüşməkdən məmnun olduğunu deyib.

Görüş zamanı  MDB ölkələri üzrə Lefke Avropa Universitetinə oktybarın 25 –dən etibarən aparılacaq qəbulla bağlı müzakirələr aparılıb.

Öz növbəsində regional ofisin rəhbəri Vüsalə Hüseynli Universitet rəhbərinə Banka göstərdiyi münasibətinə görə öz təşəkkürünu edərək regional offisin fəaliyyəti, xüsusilə Təhsil Departamentinin işi barədə, keçiriləcək beynəlxalq konfranslar barədə ətraflı məlumat verib.

KKTC-nə səfəri çərçivəsində Vüsalə Hüseynli Lefkenin Bələdiyyə başqanı, eyni zamanda universitetin idarə heyetinin sədri Mehmet Zəfər, KKTC parlamentinin uzvləri və digər dövlət rəsmiləri ilə görüşüblər.



Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal