“Azərbaycanda qeyri-hökumət təşkilatları sektorunun bu il üçün qrant büdcəsi 30 milyon manat olub”. Bunu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramovla görüşündə deyib.
Deputat qeyd edib ki, bu statistika Azərbaycanın dövlət qurumlarını tərəfindən şuraya təqdim olunub:
“Həmin 30 milyon manatın 2 milyon manatı QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən vətəndaş cəmiyyəti təşkilatlarına verilib. Yəni QHT-lərin layihələri maliyyələşdirilib. Qalan vəsait isə digər donor təşkilatlar tərəfindən Azərbaycandakı QHT-lərin layihələri maliyyələşdirilib”.
Modern.az