“ATV İnternational” telekanalı erməni dilini səlis bilən şəxsləri işə dəvət edir. Telekanaldan Modern.az-a bildirilib ki, jurnalistika təcrübəsinə və erməni diliylə yanaşı digər dillərə də sahib olan şəxslər üstünlüyə malik olacaqlar.
Maraqlanan şəxslər 30 noyabr saat 24:00 qədər CV-lərini (tərcümeyi-hal) [email protected] elektron ünvanına göndərməlidirlər.
Əlavə məlumat üçün aşağıdakı ünvana müracət etmək olar: “Azad Azərbaycan” Teleradio Yayım Şirkəti, Şərifzadə küçəsi 10А, Bakı. Əlaqə telefonları: 050-616-60-75.