Modern.az

Sabir Rüstəmxanlıdan mesaj: “Kimsiniz ki, bu təşkilatı dağıdasınız?"

Sabir Rüstəmxanlıdan mesaj: “Kimsiniz ki, bu təşkilatı dağıdasınız?"

Qarabağ

6 Dekabr 2011, 16:48

Bu qədər ərköyünlük, ictimai rəyə, təşkilatın daxili nizamnaməsinə fikir vermədən ağzına gələni küçədə, bazarda, çayxanada, mətbuatda danışmaq olmaz. Biz bu danışıqların qarşısını almaq üçün Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətini Bakıya dəvət elədik. Milli Məclisdən başlayaraq bir sıra yerlərdə rəsmi görüşlərimiz oldu. Bütün cəmiyyətə göstərdik ki, DAK və onun İdarə Heyəti yerindədir”.
Bu sözləri Modern.az saytına açıqlamasında DAK sədri, millət vəkili sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresi barədə yayılan fikirlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, İsveçdə qeydiyyatdan keçmiş bu təşkilatı heç kim yerindən tərpədə və qeydiyyatını ləğv edə bilməz.

“Bu söz-söhbətlər müəyyən sifarişlə yerinə yetirilir və hamısı DAK-ı gözdən salmaq üçün edilir. İndi yenidən Starsburqda statusu bəlli olmayan adamlar tərəfindən belə təşəbbüslər həyata keçilirir. Guya, ora dəvət edirlər ki, “Milli birliyə gedən yol” adlı bir müzakirə keçırsınlər. Milli birlik istəyirsinizsə, bu olan təşkilatı niyə dağıdırsınız? Bu təşkilata qarşı bu münasibət nədir?

Məsələ burasındadır ki, hərə DAK-da öz adamını görmək istəyir və bəziləri də ümumiyyətlə, Iranla münasibətləri pozamamaq üçün DAK-ı Azərbaycandan çıxarmağın tərəfdarıdır. Mənim burada olmağım, bu təşkilatda olmağım görünür bəzi rısmi adamlara da sərf eləmir”.

Güney Azərbaycanın nəbzinin Bakıda döyündüyünü deyən S.Rüstəmxanlı bildirib ki, Güneydə gedən proseslərə ilk növbədə Quzey Azərbaycanda reaksiya verilir.

“Hər gün mənim oradan gəlib oxumaq, xaricə getmək istəyən adamlarla görüşlərim olur. Onların dərdi, qayğıları DAK-ın Azərbaycan nümayəndiliyi və Bakı ofisində həll olunur. İsveçdə, Kanadada oturub, Güneylə bağlı guya, nəsə iş görmələri yalan sözdür. Hətta onların yerləşdikləri ölkədə iş görmək baxımından bizim imkanınımız qat-qat artıqdır. Mən Avropa ölkələrinə gedib, onların parlamentinə də girirəm, Güneylə bağlı sənədlər təqdim edirəm. İki dəfə BMT-yə getmişik.

Bəzi adamlar, heç kimin xətrinə dəyməsin xaricdə xırda bir iş görür. Kimsə təzə gedib, ancaq çörəkpulu qazanmaqla məşğuldur. O gedib hansı qapını döyüb, hansı statusla, hansı tarix, hüquq bilgisi ilə, beynəlxalq sənədləri bilmək təcrübəsi ilə  danışa bilər? Ona görə də bu cür adamların təzədən ortaya düşüb hay-küy salmalarının heç bir əsası yoxdur”.

Millət vəkili nizamnaməni pozduqlarına görə DAK-ın İdarə Heyətindəki bəzi şəxslərin  səlahiyyətinin dondurulduğunu vurğulayıb. Onun sözlərinə görə, başda Səftər Rəhimli olmaqla bir qrup şəxs DAK-ın Azərbaycan nümayəndiliyinin fəaliyyətini dayandırdığını bəyan edib.

“Amma mən burdayam, Azərbaycan nümayəndəliyi kimi də öz işimizi görürük. Onların DAK-ın İdarə Heyətindən çıxarılmasının əsası var. Bu məsələlər İdarə Heyitndə müzakirə olunub. Yoxdan bir adamı kənarlaşdırmazlar ki?”

DAK-ın aparıcı qüvvəsinin yerində olduğunu və öz işini gördüyünü deyən Sabir Rüstəmxanlı qeyd edib ki, təşkilat növbəti qurultayına hazırlaşır.
 
“Birisi gün burada İrandakı son vəziyyətlə bağlı növbəti yığıncağımız keçiriləcək. Dekabrın 9-da isə Avropada yaşayan dünya Azərbaycan siyasi qüvvələrinin ümumi toplantısı olacaq”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?