Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni təqvim ili münasibətilə élan etdiyi fərdi jurnalist yazılarının müsabiqəsinə məqalə qəbulu bu gün başa çatıb. Bu barədə Modern.az saytına KİVDF-nin icraçı direktoru Vuqar Səfərli məlumat verib. Vüqar Səfərli bildirib ki, musabiqəyə 76 yazı daxil olub.
"Müsabiqə qaliblərinin mükafatlandırılması üçün tədbirin vaxtını da artıq müəyyənləşdirmişik. Dekabrın 29-na planlaşdırılan mərasimdə qaliblər elan olunacaq”.
V.Səfərli tədbirin harada keçiriləcəyinin hələ dəqiqləşmədiyini qeyd edib.
Qeyd edək ki, KİVDF bu müsabiqə üçün 10 istiqamət üzrə 20 qalib (hər istiqamət üzrə 2 nəfər) müəyyənləşdirəcək. Qliblərin hər birinə Fondun diplomu və 1000 manat pul mükafatə veriləcək.
“Mail Ağaxanov