Modern.az

QHT bakılılara çağırış etdi

QHT bakılılara çağırış etdi

Qarabağ

27 Dekabr 2011, 13:32

“Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Eurovision paytaxtının sakini” devizi altında  ictimai maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində bukletlər nəşr etdirib. Bir neçə gündür Bakının mərkəzi yerlərində, metrostansiyaların qarşısında paytaxt sakinlərinə paylanan bukletlərdə  “Eurovision” günləri ilə bağlı çağrışlar edilib.

Bukletdəki mətndə bildirilir ki, “Eurovision” Paytaxtının sakini adı qürur hissi yaşatmaqla bərabər, həm də hər birimizin üzərinə böyük vəzifələr qoyur: “Hazırda  “Eurovision-2012”-nin yüksək səviyyədə keçirilməsi üçün paytaxtımızda  kompleks işlər aparılır. Bununla belə, Bakı şəhərinin ictimai həyatında bəzən mənfi hallar da özünü göstərir. İlk növbədə paytaxt sakinləri tərəfindən küçə və parkların zibilləndirilməsi, divarlara bildirişlərin yapışdırılması, sayt ünvanlarının yazılıması, sərnişin nəqliyyatında xoşagəlməz mənzərə müasirləşən və gözəlləşən Bakı üçün mənfi çalarlar təşkil edir. Bu vəziyyətin “Eurovision” günlərində də özünü göstərməsi, Bakıya gələcək minlərlə turistin paytaxtımızla bağlı təsəvvüründə mənfi izlər buraxa bilər. Gəlin, hər birimiz paytaxtımızı təmiz saxlamaqla bu önəmli müsabiqənin layiqincə həyata keçirilməsinə öz töhfəmizi verək. Ətrafımızdakı insanları da buna sövq edək”.

Bukletdə aşağıdakı çağırışlar var:

Paytaxtımızı məişət tullantıları ilə zibilləməyək!
Siqaret kötüklərini yerə atmayın!
Divarlara elan və reklamlar yapışdırmayın!
Avtobus və taksilərdə  sərnişinlərlə kobud rəftar etməyin! 
Divarlara sayt və bloq ünvanlarını yazmayın!
İctimai yerlərdə yerə tüpürmək Avropada ən böyük mədəniyyətsizlik sayılır.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu