Modern.az

QHT-lərin inkişafına Kütləvi İnformasiya Vasitələrinin təsiri

QHT-lərin inkişafına Kütləvi İnformasiya Vasitələrinin təsiri

Qarabağ

5 Yanvar 2012, 12:01

Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri

Dövlət müstəqilliyimizin ilk illərində formalaşmağa başlayan müasir vətəndaş cəmiyyəti ziddiyyətlərlə dolu  ictimai, sosial, mənəvi və digər  prosesləri demək olar ki, arxada qoyub . Bütövlükdə vətəndaş cəmiyyətinin əsas strukturlarını təşkil edən KİV-lərinin və  QHT-lərin yaranması,  formalaşması  sahəsində görülən işlər, meydana çıxan problemlərin aradan qaldırılması bütövlükdə cəmiyyətin və dövlətin inkişafına xidmət edir.

QHT- KIV  münasibətlərinə  nəzər salanda  ilk öncə onu qeyd etmək lazımdır ki, burada qazanan və itirən hər iki tərəfdir.  Əlaqələrin genişlənməsindən və inkişafında həm QHT-lər, həm də KİV maraqlı olmalıdır.

Vətəndaş cəmiyyətinin inkişaf etdiyi ölkələrin təcrübəsi  göstərir ki, KİV  ilə QHT əlaqələrinin yüksək səviyyədə olduğu dövlətlərdə demokratik dəyərlərə də ciddi riayət olunur.  Bizim cəmiyyətdə isə bu sahədə bəzi çatışmazlıqlar hələ də özünü göstərməkdədir. Bunlardan birincisi QHT jurnalistikasının istənilən səviyyədə olmamasıdır. Bu gün QHT jurnalistikasından çox danışılsa da, bu anlayış vətəndaş cəmiyyəti üçün o qədər də aydın deyil. Bu səbəbdən ictimai təşkilatlar tərəfindən həyata keçirilən tədbirlər mətbuatda yetərincə işıqlandırılmır Xarici mediada artıq illərdi mövcud olan QHT jurnalistikasının Azərbaycanda da yaranması və formalaşması əhəmiyyətli və faydalı olardı. Paralel olaraq, üçüncü sektorun təmsilçilərinin ictimaiyyətlə əlaqələri düzgün qurmaması da cəmiyyətdə informasiya kasadlığına  gətirib çıxarir

Ümumiyyətlə, bu gün  QHT-KİV münasibətlərini qənaətbəxş hesab etmək olmaz. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkədə üçüncü sektorun inkişafında medianın rolunun artırılması istiqamətində yetərincə konkret planlarını açıqlayıb və həmin sahədə işlər görməkdədir. Ekspertlərin araşdırmalarına görə ölkədəki qeyri-hökumət təşkilatlarının yerinə yetirdiyi layihələrin icra prosesinin mediada işıqlandırılması, QHT-lərin ictimai sektorun digər institutları ilə əməkdaşlığı, əfsuslar olsun ki, hələ də normal səviyyədə deyil. Onların fikiricə problemin həllində QHT fəaliyyətini işıqlandıran jurnalist şəbəkəsi mühüm rol oynaya bilər. Bu şəbəkə QHT-media əməkdaşlığının daha da inkişaf etməsinə öz töhfəsini verə biləcək və QHT-lərimiz haqqında cəmiyyətin obyektiv informasiya ala biləcəyi vasitə ola bilər. Buna isə çox ciddi ehtiyac duyulur, çünki qeyri-hökumət təşkilatlarının fəaliyyəti barədə cəmiyyətdə hələ də tam bilgi yoxdur. Bilgisizlik isə QHT-lər, xüsusilə də ölkədə demokratik dəyərlərdən tutmuş, iqtisadi yüksəlişə qədər bir çox məqsədlər uğrunda çalışan təşkilatlar barədə yanlış təsəvvürlər, iddia və gümanların yaranmasına səbəb olur.

Araşdırmalar göstərir ki, KİV və QHT təmsilçiləri bu məsələdə bir-birilərini ittiham edirlər.  QHT-KİV əməkdaşlığının qurulması və inkişafında hər iki tərəfin üzərinə mühüm öhdəliklər düşür. Əvvəla, QHT-KİV  münasibətlərinin inkişafına mane olan məqamları və bundan çıxış yollarını  öyrənilb təhlil olunmalıdır. QHT nümayəndələri medianın, xüsusilə də mətbuatın QHT-lərin təqdim etdiyi məlumatlara reklam xarakterli yanaşmalarından və məlumatların yayımlanması müqabilində maliyyə ummalarından gileylənirlər. Jurnalistlər isə QHT-lərdən gələn press-relizlərin qeyri-peşəkar hazırlandığını, məlumatlarda xeyli səhvə yol verildiyini qeyd edirlər.

 QHT-lər müxtəlif sahələrdə araşdırmalar aparır, layihələr həyata kecirir. Təbii ki, görülən işlərdən cəmiyyətin digər üzvlərinin də xəbərdar olması üçün QHT və KİV əməkdaşlığı olmalıdır.

  Əksər hallarda QHT-lər KİV  ilə münasibət yaratmağa meyl göstərmir.  Qeyd etmək lazımdır ki, bu münasibətlərin yaranması  QHT-lərin fəaliyyəti haqqında informasiyanın cəmiyyətə ötürülməsində mühüm əhəmiyyət kəsb edən amildir. Bir məsələni də söyləmək yerinə düşərdi ki, QHT-lərin aldığı qrantların büdcələrində PR işlərinə aid bənd ümumiyytlə mövcud olmur . Bu da onların KİV-lə işləməsinə əngəl olan əsas amillərdən biridir. Bəzi ekspertlər ümumilikdə vəziyyətin qənaətbəxş olmadığını fikirindədirlər. QHT-lər və rəhbərləri mediaya açıq deyil. Bəzi hallarda QHT-lər arzuolunmaz yerlərdən qrant alır, maliyyələşir. Fəaliyyətləri şəffaf olmayan qurumlar da nəticə etibarilə mediaya açıq olmaqdan çəkinir. QHT-lərin qəzetlərə maliyə vəsaiti ayırmağına gəlincə, ekspertlər hesab edir ki, maraqlı informasiyaları olan QHT pul vermədən də öz xəbərlərini mediada yaya bilər. Əgər QHT-lərin maraqlı informasiyaları olsa, qəzetlərə pul verməsələr də, onların materialları çap olunar. Digər ekspertlər isə bu sahədə son illərdə  müəyyən dinamikanın olduğu fikrindədir,   QHT-lərin fəaliyyəti  haqqında cəmiyyətə informasiya ötürülməsində KİV-in xüsusi   rolu var. Amma maliyyə imkanlarının və  peşəkarlığın zəif olması bu sahəni hər tərəfli əhatə etməyə imkan vermir.

Ekspertlərin fikirlərindən və tədqiqatlardan  QHT-KİV  münasibətlərində vacib olan aşağıdakı məqamlar  meydana çıxır.

-         QHT-lərin həyata keçirdiyi layihələrin nəticələrinin ictimai əhəmiyyətinin cəmiyyətə çatdırılması;

-         QHT-lərin fəaliyyətinin obyektiv işıqlandırılması;

-         QHT-lərə qarşı qərəzli münasibətə, qarayaxmalara və böhtanlara son qoyulması;

-         Yerinə yetirilən layihələrin mediada işıqlandırılması ilə bağlı layihə büdcələrində konkret vəsaitlərin (ümumi büdcə vəsaitinin 2-5% həcmində) nəzərdə tutulması;

-         QHT-lərin reallaşdırdığı layihələrin ictimai aktuallığının təmin edilməsi;

-         Layihələr üzrə hazırlanan media materiallarının müasir jurnalistikanın tələblərinə cavab verməsi;

-         QHT fəaliyyətində layihə və mövzu təkrarçılığının aradan qaldırılması;

-         İctimaiyyətin zəruri tələb və ehtiyaclarının QHT layihələrində əks olunması;

-         KİV  və QHT-lər arasında mütəmadi əlaqə və məhsuldar münasibətlərin formalaşdırılması və qorunması üçün xüsusi diskussiya formatlarının müəyyənləşdirilməsi;

-         QHT-lərə Dövlət Dəstəyi Şurası ilə yeni yaradılmış KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyələşdirilən layihələr üzrə müştərək monitorinqlərinin keçirilməsi;

KIV-lə əlaqələrin qurulmasında QHT-lərin də üzərinə böyük yük düşür. Bu sahəni  QHT-lər  üçün vacib sahələrdən biri hesab etmək olar. Çünki əksər QHT-lərin layihələrində PR düzgün işinin düzgün qurulması onun keyfiyyət əmsalını   artırır.  Qeyd etmək lazımdır ki, PR işi layihəyə uğur qazandırmağın bir vasitəsidir. Layihələrin icrası zamanı QHT cəmiyyətlə yaxından münasibətdə olmaq imkanı qazanır. Bu məqamda QHT öz layihəsini ictimaiyyətə təqdim etmək bacarığına da malik olmalıdır. QHT-lər layihələrini həyata keçirərkən KİV-in imkanlarında maksimum yararlanmağı bacarmalıdırlar.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu