Modern.az

QHT Şurasının müsabiqəsinə 541 layihə verilib

QHT Şurasının müsabiqəsinə 541 layihə verilib

Qarabağ

10 Yanvar 2012, 16:38

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2012-ci il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı 9 dekabr 2011-ci ildə elan etdiyi  müsabiqəyə ərizə qəbulu yekunlaşıb.

Modern.az saytı Şuraya nə qədər layihənin daxil olduğunu öyrənib. QHT-lərə Dövlət Dəstəyi  Şurası  katibliyinin icraçı direktoru Fərasət Qurbanov saytımıza  bildirib ki, 2012-ci il üzrə QHT-lər üçün elan edilən maliyyə yardımı müsabiqəsinin müddəti 2011-ci il dekabrın 30-da başa çatıb. Müsabiqə müddətində Şuraya 541 layihə daxil olub.
“Beləliklə 541 layihə  hazırda selleksiya mərhələsindədi. Selleksiya qrupu bu layihələr üzərində işləyir. İlkin selleksiya mərhələsində sənədlərin qanunauyğun tərtibi, onların tam doldurulması, həmçinin musabiqənin qaydalarına, şərtlərinə və ərizədə verilən əlavələrə uyğunluq məsələlərinin mövcudluğu yoxlanılacaq.   Şurada layihələrin seçimi bir neçə mərhələdə aparılır. Birinci mərhlə ilkin selleksiya mərhələsidir, bundan sonra isə ekspertiza mərhələsi olur. Hər bir layihə fərdi qaydada ayrı-ayrı ekspertlər tərəfindən qiymətləndirilir. Burda həm ekspertlərin məxfiliyi, həmçinin də layihə müəlliflərinin məxfiliyi qorunur. Ekspertizadan sonra isə katiblik hər bir layihə haqqında ayrı-ayrılıqda  arayış hazırlayaraq bütün layihələri müzakirə üçün Şuraya təqdim edir. Şurada geniş müzakirə aparıldıqdan sonra, layihələr haqqında qərar qəbul olunur və katiblik həmin qərarın icrası ilə məşğul olur”.

Qeyd edək ki, müsabiqənin qalibləri mart ayında elan ediləcək.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu