Modern.az

Nazirlik gənclər təşkilatları üçün müsabiqə elan etdi

Nazirlik gənclər təşkilatları üçün müsabiqə elan etdi

16 Yanvar 2012, 13:08

Gənclər və İdman Nazirliyi (GİN) gənclər təşkilatları müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, GİN-in kollegiyasının “Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında” qərarı və “Gənclər siyasəti haqqında” Qanun rəhbər tutularaq dövlət gənclər siyasətinin aşağıdakı istiqamətləri üzrə layihələrin qəbulu elan edilib.

- gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi;

- gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;

- gənclərin məşğulluğunun təmin edilməsi və karyera qurmalarında iştirak;

- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;

- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;

- gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi;

- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;

- gənclər arasında sağlam həyat tərzinin təbliği;

- gənclər üçün sosial və psixoloji xidmətlərin göstərilməsi;

- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin  formalaşdırılmasında iştirak;

- “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının konkret maddələrinin icrası ilə bağlı təkliflər.

Layihənin yazılış formasını və layihənin büdcəsinin hazırlanmasına dair təlimatı Gənclər və İdman Nazirliyinin rəsmi internet səhfəsindən (www.mys.gov.az)  əldə etmək olar. Layihələr 2012-ci ilin yanvar ayının 16-dan fevral ayının 16-dək Nazirliyin Ekspert – Məsləhət Şurasına çap və CD diskdə elektron formada təqdim olunmalıdır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu