Modern.az

Rafiq Tağının qətlini araşdıran ictimai təhqiqat qrupu işini yekunlaşdırdı

Rafiq Tağının qətlini araşdıran ictimai təhqiqat qrupu işini yekunlaşdırdı

19 Yanvar 2012, 14:05

Yazıçı-jurnalist Rafiq Tağının qətlindən sonra yaradılmış ictimai təhqiqat qrupu öz araşdırmalarını başa çatdırıb.

Bu barədə Modern.az-a məlumat verən təhqiqat qrupunun rəhbəri, "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayev yanvarın 21-də qətlin istintaqına dair ictimai nəzarəti həyata keçirən preventiv qrupun ilkin hesabatının ictimaiyyətə təqdim olunacağını bildirib.

Təqdimata bütün media, diplomatik korpus və vətəndaş cəmiyyətinin nümayəndələri dəvət olunub. Təqdimat 21 yanvarda saat 12.00-da RATİ-nin ofisində keçiriləcək.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan zaman yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətlərinə məruz qalıb, bir neçə gün sonra dünyasını dəyişib.
 
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə təhqiqat aparılır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu