Modern.az

QHT Şurası tərəfindən 2011-ci ildə maliyyələşən layihələrə qısa nəzər

QHT Şurası tərəfindən 2011-ci ildə maliyyələşən layihələrə qısa nəzər

10 Fevral 2012, 10:37

Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri

Hər il olduğu kimi bu il də  Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə maliyyələşdirdiyi layihələr haqqında qısa məlumatların əks olunduğu kitab nəşr edib. Kitabda ölkə QHT-lərinin ötən il icra etdiyi layihələrin məqsəd və vəzifələri, layihə çərçivəsində həyata keçirdikləri tədbirləri və əldə olunmuş nəticələr haqqında informasiyalar verilib.

Əlbəttə ki, donor tərəfindən  ictiamaiyyət üçün belə hesabat tipli kitabın hazırlanması və nəşri təqdirəlayiq haldır. Bu ənənə digər donorlar üçün nümunə hesab oluna bilər  ki, bu da şəffaflıq və etimad məsələnin güclənməsinə səbəb ola bilər.

Kitaba Şura sədri Azay Quliyev tərəfindən yazılmış ön sözdən də aydın olur ki, ənənəvi olaraq hər il icmal məlumatlar əsasında  nəşr olunan kitabın hazırlanmasında məqsəd yerinə yetirilmiş işlərin yekunlarını ictimaiyyətə çatdırmaqdır. Bu məlumatlar maliyyələşdirilən hər bir layihə üzrə Şura əməkdaşları tərəfindən aparılmış monitorinqin nəticələri, eləcə də layihə rəhbərlərinin təqdim etdiyi hesabatlar əsasında tərtib edilmişdir.

Kitabda eyni zamanda məlumat verilir ki, Şuranın müxtəlif vaxtlarda keçirdiyi 4 maliyyə müsabiqəsində 350-dən artıq QHT layihəsi dəstəklənmişdir. Layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitin ümumi həcmi 2.102.000 AZN olmuşdur. Maliyyələşdirmə istiqamətləri, əvvəlki illərdə də olduğu kimi, ölkənin və və cəmiyyətin  həyatının ən müxtəlif sahələrini əhatə etmişdir.Şura ilə əməkdaşlıq edən QHT-lər son 4 il ərzində həm layihələrin icrasında, həm də hesabatlılıq məsələlərində öz uğurlarını artıra bilmişlər.

Bununla belə, layihələrin icrasında keyfiyyət fərqləri müşahidə olunmaqdadır. Son illərdə Şura tərəfindən QHT-lərin bilik və bacarıqlarının artırılması, layihələrin idarə olunmasını təkminləşdirilməsi və s. istiqamətlərdə bır sıra işlər görülsə də, təssüfki bu sahədə hələ də nöqsanlar mövcuddur. Kitabla tanışlıq bizə imkan verir ki, Şuranın ötən il maliyyələşdirdiyi QHT layihələrindəki çatışmamazlıqlar və problemlər haqqında bir qədər təsəvvür yarada və bu barədə müəyyən mühakimələr irəli sürə bilək. Qeyd edək ki, göstərilən bu nöqsanlardan bəzliləri ayrı-ayrı vaxtlarda Şuranın keçirdiyi müxtəlif tədbirlərdə də səslənmişdir.

Bu nöqsanları  və problemləri aşağıdakı kimi qruplaşdırmaq olar:

-         QHT-lərin müəyyən sahə üzrə ixtisaslaşmaması problemləri;
-         Bəzi layihələrin şablon xarakter daşıması və təkrarçılıq;
-         QHT layihələrinin icrası zamanı PR işinin düzgün qurulmaması və bu barədə ictimaiyyətdə az məlumatlılıq;
-         Layihələr çərçivəsində keçrilən tədbirlərdən verilən şəkillərlə bağlı problemlər.

İndi isə göstərilən bəzi problemlərə 2011-ci idə Şura tərəfindən maliyyələşən QHT layihələri haqqında məlumatların toplandığı kitab  əsasında tanış olaq. İlk öncə  QHT-lərin hələ də müəyyən sahə üzrə ixtisaslaşa bilməməsi problemidir ki, bu fikir artıq neçə illərdiki müxtəlif şəxslər tərəfindən də səslənir. Məsələn, Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi adlı QHT-nin fəaliyyəti istiqaməti kimi Avrasiya ölkələri arasında ədəbi, elmi və işgüzar əlaqələrin möhkəmləndirilməsinə kömək etməkdir.(Azərbaycan Qeyri-Hökumət Təşkilatları.Sorğu-Məlumat Kitabı. Bakı 2011.səh.18). Amma bu QHT-nin əvvəliki illərdə icra etdiyi layihələr kimi ötən il Şuranın maliyyə dəstəyi ilə “Turizimin inkişafı üçün potensialı olan, lakin turizm inkişafıin inkişaf etmədiyi regionlarda yerli bələdçilərin hazırlanması” adlı  layihəsi də fəaliyyət istiqaməti ilə uyğun gəlmir.(2011-ci ildə maliyyələşən layihələr. Bakı 2011.səh.271). Daha bir misal, Ekoloji Tarazlığın Qorunması İctimai Birliyi tərəfindən ötən il Şuranın maliyyə dəstəyi ilə icra olunan “Gənclərin İKT imkanlarından daha səmərəli istifadə etməsinə dair təşəbbüslər” adlı layihədir. Bu layihənin də adından göründüyü kimi, əsas məqsədi gənclərin, xüsusən də əhalinin aztəminatlı təbəqələri arasında İKT-nin tətbiqini genişləndirmək təşəbbüslərini dəstəkləmək informasiya cəmiyyətinə keçidi təmin etməkdir (2011-ci ildə maliyyələşən layihələr. Bakı 2011.səh.271). Halbuki 2011-ci ildə nəşr olunan  QHT-lərin məlumat-sorğu kitabında bu QHT-inin fəaliyyət istiqaməti kimi Azərbaycanda ekoloji tarazlığın qorunmasına nail olmaq göstərilir (səh.139). Göstərilən mənblər əsasında bu nümunələrin sayını artırmaq da olar.

Başqa bir problem isə icra olunan layihələrin ictimaiyyətlə əlaqələr (PR) işinin düzgün qurulmamasıdır ki, bu problem də tez-tez deyilir. Bu layihələr arasında çox az sayda layihə göstərə bilərik ki, cəmiyyətdə əks-səda doğurmuşdur. Məlumdur ki, digərləri kimi QHT-lər də ictimaiyyətlə əlaqələrini KİV vasitəsilə qurur. PR işi layihəyə uğur qazandırmağın bir vasitəsidir. Layihələrin icrası zamanı QHT cəmiyyətlə yaxından münasibətdə olmaq imkanı qazanır. Bu məqamda QHT öz layihəsini ictimaiyyətə təqdim etmək bacarığına da malik olmalıdır. QHT-lər layihələrini həyata keçirərkən KİV-in imkanlarında maksimum yararlanmağı bacarmalıdırlar. Amma təssüflər olsun ki, əksər QHT-lər bu imkandan istifadə etmirlər.

Digər bir problem isə layihələr çərçivəsində keçrilən tədbirlərdən verilən şəkillərlə bağlı olan qüsurlardır. Hər bir oxucu bu şəkillərə baxmaqla həmin layihələr haqqında özündə təsəvvür yarada bilər. Demək olar ki, bu layihələr haqqında olan məlumatlarla yanaşı müəyyən şəkillər də kitabda öz əksini tapıb. Amma bəzən bu şəkillər layihə çərçivəsində keçrilən tədbirlərin mahiyyətini göstərmir, eni zamanda həmin tədbirə aidiyyatı yoxdur.

Şəkillərin əksəriyyəti QHT Şurasının təbdirlərindən çəkilmiş şəkillərdir ki, burada da ya QHT, ya da layihə rəhbərinin şəkilləridir. Bəziləri hətta bir-birini təkrarlayır. Məsələn, Konstitusiya Araşdırmalar Fondunun və Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası icra etdikləri layihə və tədbirləri tamam fərqli olsa da, verilən şəkillər eyni tədbirdən müxtəlif istiqamətlərdən çəkilən şəkillərdir.(səh 8-15).

Kitabda köhnə şəkillərə də rast gəlmək mümkündür. Vətəndaş Təşəbbüsləri Mərkəzi adlı QHT-nin icra etdiyi layihə çərçivəsində təbdirdən verilmiş şəkilə baxsaq görərik ki, bu şəkil Beynəlxalq Mətbuat Mərkəzinin Bakı şəhərində  yerləşən keçmiş binasındakı konfrans zalıdır ki, artıq 4 ilə yaxındı ki, BMM həmin binanı tərk edib(səh.181).Həmiçinin layihə haqqında verilən məlumatda bu QHT-nin icra etdiyi tədbirlərin Göyçay və Ağdaşda keçrildiyi göstərilir. Bu da məkan uyğunsuzluğudur. Kitabda şəkillələrlə bağlı qüsur və nöqsanlar xeyli saydadır.

Amma bütün bunlara baxmayaraq Şuranın ötənliki layihələr haqqında nəşr etdirdiyi bu kitabı tədqirəlayiq hal kimi qiymətləndirmək olar. Ümid edirik ki, göstərilən nöqsan və qüsurlar növbəti ildə bir daha rast gəlməyəcəyik.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu