Modern.az

Hüquqşünaslar kommunal sektorda şəffaflığı artırmaq istəyir

Hüquqşünaslar kommunal sektorda şəffaflığı artırmaq istəyir

Qarabağ

16 Fevral 2012, 00:31

Azərbaycan Hüquqşünasları Konfederasiyası Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının, Avrasiya Əməkdaşlıq Fondunun və SİDA-nın dəstəyi ilə “Mənzil Kommunal sektorda şəffaflığın artırılması” adlı geniş ictimai dinləmələr keçirəcək.

Bu barədə Modern.az saytına konfederasiyasının baş katibi Nadir Adilov məlumat verib.

O, qeyd edib ki, sabah düzənlənəcək ictimai dinləməyə Bakı, Abşeron və Sumqayıtı əhatə edən  bələdiyyə üzvləri, icra hakimiyyəti nümayəndələri, Mənzil Kommunal sektorunu təmsil edən 100-ə yaxın şəxs qatılacaq. İctimai dinləmədə eyni zamanda Vətəndaş Cəmiyyətinin nümayəndələri, korrupsiyaya qarşı mübarizə aparan QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin üzvləri də iştirak edəcək.

İctimai dinləmədə, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvü Əli Hüseynli, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi İnam Kərimov, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə heyətinin üzvü, Korrupsiyaya qarşı mübarizə aparan QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin Kordinatoru Əliməmməd Nuriyev, “İqtsadi Forum” Jurnalının Baş redkatoru, Media və İctimai Təşəbbüslər Mərkəzinin sədr Samir Əliyev çıxış edəcəklər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu