Modern.az

Vətəndaş cəmiyyətinin dəyəri

Vətəndaş cəmiyyətinin dəyəri

19 Fevral 2012, 17:26

Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri

Əsrlədir ki, vətəndaş cəmiyyəti  bir inistiut olaraq filosoflar, tarixçilər və digər tədqiqatçıların maraq dairəsindədir.  Vətəndaş cəmiyyətini müxtəlif aspektlərdən öyrənən təqiqatçılar ilk öncə bu anlayışın mahiyyətini izah etməyə və bu bunun əhəmiyyətini insanlara çatdırmağa çalışmışlar.  Bunun nəticəsidir ki, müasir dövrümüzdə vətəndaş cəmiyyəti anlayışı daha geniş məna kəsb etməyə başlamışdır.

Tədqiqatçılar vətəndaş cəmiyyəti anlayışını ilk dəfə izah edənlər arasında daha çox qədim yunan filosofu Platonun və Aristotelin adını çəkirlər. Məsələn, Ukranyalı politoloq Vladimir Litvin vətəndaş cəmiyyətinə həsr etdiyi məqaləsində yazır ki, "Vətəndaş cəmiyyəti" - antik dövrün ictimaiyyətşünaslıq terminidir, qədim Roma (Siseron) və hətta qədim yunan (Platon) müəllifləri onu, "şəhər-dövlətlərin vətəndaş birliyi" mənasında işlətmişlər. Platonun və Aristotelin  öz əsərlərində qeyd etdiyi bir sıra məsələlər: ideal insan cəmiyyəti, insanalara xas sosial xüsusiyyətlər, dövlət hakimiyyəti haqqındakı baxışları, dövlət və vətəndaş münasibətləri barədə mühakimələri  Vladimir Litvninin yuxarıdakı tezisini əsaslandırmağa imkan verir. Aristotelə görə, insan ictimai-siyasi varlıq,dövlət isə siyasi vətəndaşlar cəmiyyətinin təbii məhsuludur.

Tədqiqatlar göstərir ki, antik  dövrün filosofları o zamankı mürəkkəb sosial-iqtisadi və siyasi münsaibətlər vətəndaş cəmiyyətini və  dövləti bir-biridən fərqləndirməyi bacarmışlar. Vətəndaş cəmiyyətinin xüsusiyyətlərini aydınlaşdırmağa cəhd göstərmişlər.

Müasir elmdə “vətəndaş cəmiyyəti” ifadəsini ilk dəfə XVII əsrdə  Tomas Hobbs işlətmişdir.O, vətəndaş cəmiyyəti anlayışından artıq birbaşa öz mənasında istifadə edir.  Lakin araşdırmalar göstərir ki, onun dövlət və vətəndaş cəmiyyət haqındakı baxışlar bəzən bir-biri ilə ziddiyyət təşkil  edir. Con Lokk isə vətəndaş cəmiyyəti anlayışını izah etməyə çalışmış və mülkiyyəti cəmiyyətin, o cümlədən vətəndaş cəmiyətinin əsası sayır. Onun “vətəndaş cəmiyyəti daxilində heç bir insan həmin cəmiyyətin qanunlarından istisna edilə biməz” fikiri hələ də öz aktuallığını qoruyub saxlamaqdadır.

XVIII əsrdən başlayaraq isə dövlət, idarəçlik, hakimiyyət.cəmiyyət və digər problemləri tədqiq edən alimlər arasında vətəndaş cəmiyyəti anlayışına diqqət daha da artmağa başlamışdır. Bu sahədə XVIII əsr Franız maarifçiləri kifayət qədər seçilir. Onlardan biri olan Ş.L.Monteskyö elmə vətəndaş cəmiyyəti haqqında yeni ideyalar gətirmişdir. Onun fikirincə vətəndaş cəmiyyəti tarixi inkişafın nəticəsi kimi qiymətləndidir. Monteskyö vətəndaş və dövlət qanunlarını bir-birindən fərqləndirir. Vətəndaş qanunları vətəndaş cəmiyyətinə xas münasibətləri – mülkiyyət, vətəndaşların könüllü təsisatları və s.münasibətləai reqlametləşdirir. Dövlət qanuları isə başlıca olaraq siyasi hüquqları və elə həmin vətəndaşların azadlıqlarını nizamlayır. Vətəndaş cəmiyyəti haqqında təsəvvürləri E.Kant daha da dərinləşdirib. Kanta görə vətəndaş cəmiyyəti aşağıdakı aprior prinsiplərə əsaslanır:
1) cəmiyyət üzvünün bir insan kimi azadlığı;
2) bir təbəə kimi onun digərləri ilə bərabərliyi;
3) cəmiyyət üzvünün bir vətəndaş kimi müstəqilliyi.

XVIII sərin sonu-XIX əsrin əvvəllarində alman fiolosofu Hegel vətəndaş cəmiyyəti anlayışını araşdırıb təhlil edərək onu yeni müddəlarla daha da zənginləşdirmişdir. Hegel də vətəndaş cəmiyyətini tarixi inkişafın bir nəticəsi kimi qiymətləndirir və belə bir nəticəyə gəlir ki, vətəndaş cəmiyyəti öz tələbatlarını əmək vasitəsilə başqalarının tələbatlarına  uyğunlaşdıran individiumlar sistemi kimi çıxış edir. Vətəndaş cəmiyyətinin təməlini şəxsi mülkiyyət, maraqların  birliyi və vətəndaşların qanunla təsbit olunmuş formal ümumi bərabərliyi, insanın təsadüflərdən qorunması təşkil edir. Öz sələflərindən fərqli olaraq Hegel vətəndaş cəmiyyətini və dövləti müstəqil inistutlar kimi nəzərdən keçirir.Hegelə görə vətəndaş cəmiyyəti dövlətin daxilində deyil, onula yanaşı mövcuddur.

Fransız mütəffəkiri Benjamin Constant vətəndaş cəmiyyətinin mənasını izah edərkən vurğulayır ki, bu ideya yalnız  müasir dünyada əhəmiyyət qazanmışdır.Qədim insanla müasir insanın azadlığı arasında Constant deyir: ”Müasir dünyanın kəşfi insanların hakimiyyətdə iştirak etmək azadlığından deyil, insanların bir-biri ilə  bir araya gəlmək azadlığından ibarətdir ki, bu da ən vacib azadlıqdır”. Onun fikirincə, cəmiyyət azad olmasa, insanların əməkdaşlığı da mümkün deyil.Vətəndaş cəmiyyətinin əsas məqsədi, amalı dövlətinin cəmiyyətədəki hakimiyyətini.gücünü neytrallaşdıraraq tarazlığa nail olmaqdan ibarətdir.

Vətəndaş cəmiyyəti insanların etimadını qazanmaqla hökumətin yolunu kəsir və nəticədə hökumət insanlardan özünə qarşı loyallıq tələb edə bilmir. Vətəndaş cəmiyyətini təşkil edən QHT-lər, azad həmkarlar ittifaqları, kütləvi informasiya vasitələri və digər könüllü təşkilatlar və təsisatlar hökumətə imkan vermir ki, o insanların inandığı yeganə quruma çevrilsin.

Siyasi hakimiyyətə bir sıra məhdudiyyətlər qoymaqla vətəndaş cəmiyyəti elə bir qarşılıqlı öhdəliklər şəbəkəsi yaratmalıdır ki, cəmiyyət özü-özünü idarə edə bilsin. Vətəndaş cəmiyyəti azad insanların spontan hərəkətlərinin nəticəsidir. O, tələb edir ki, hökumət insanların yolundan çəkilsin və onlara istədikləri kimi birləşməyə imkan versin.

Vətəndaş cəmiyyəti demokratiyanın bərqərar olduğu ölkələrdə demokratikləşmə prosesinin ifadəsi, eyni zamanda mühüm və aparıcı  amil olaraq onun inkişafına müstəsna rol oynayır.

Vətəndaş cəmiyyəti fəal surətdə siyasi liderlərə xatırladır ki, dövlətin ehtiyacları üçün olan xərclər və dövlət siyasəti ilə bağlı olan qərarlar qəbul edilərkən müxtəlif mənafe və maraqlar nəzərə alınmalıdır. Ona görə də fəal vətəndaş cəmiyyəti demokratiyanın inkişafı üçün əsas şərtdir. Onun dövlət hakimiyyətinə müxalif mövqe tutmaq və avtoritarizmə müqavimət göstərmək üçün potensialı, plüralistik təbiətə malik olduğundan müəyyən qrupların mənafeyinin dəstəklənməsində dövlətin bir alətinə çevrilməməsinə qarşı çıxmaq üçün hər cür imkanı vardır.

Ümumiyyətlə, vətəndaş cəmiyyəti anlayışına zaman-zaman müxtəlif təriflər verilmişdir. Cəmiyyətin, sosial-iqtisadi formasiyanın inkişafı ilə əlaqədar bu təriflərin mahiyyətin də dəyişikliklər baş vermişdir.Vətəndaş cəmiyyəti – azad isanların özlərinin, onların könüllü birliklərinin və cəmiyyətlərinin dövlət hakimiyyətinin müdaxiləsi olmadan istibdadından uyğun qanunlar tərəfindən qorunan özünü ifadə etmək sahəsidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu