Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurasının əsasnaməsi dəyişdirildi

QHT-lərə Dövlət Dəstəyi Şurasının əsasnaməsi dəyişdirildi

24 Fevral 2012, 22:18

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman verib.

Modern.az-ın məlumatına görə, dəyişikliyə əsasən, eyni şəxsin ardıcıl olaraq iki dəfədən artıq təkrarən Şuranın üzvü təyin olunmasına qoyulan qadağa ləğv edilib. Eyni zamanda Şura üzvlərinin səlahiyyət müddətinin 4 il olması barədə müddəa da ləğv edilib. “Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə 2 il müddətinə Şuranın sədrini, sədrin müavinini və Şuranın katibini seçirlər” müddəası da dəyişib və 2 il müddəti Əsasnamədən çıxarılıb.

Şura sədrinin Şuranın fəaliyyətinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitə sərəncam verməsi səlahiyyəti də ləğv olunub. Şuranın fəaliyyətinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitə sərəncam vermək hüququ Şuranın Katibliyinin fəaliyyətinə rəhbərliyi həyata keçirən icraçı direktora verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu