
Azərbaycan Respublikasının sürətli sosial-iqtisadi və mədəni inkişafına ictimai dəstəyi daha da gücləndirmək, ölkədə vətəndaş cəmiyyətinin inkişafına layiqli töhfələr vermək məqsədilə QHT-lərin inkişafı üzrə ayrıca fəaliyyət proqramının hazırlanmasına böyük ehtiyac var. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkə QHT-lərinin inkişafı üzrə Milli Fəaliyyət Proqramının hazırlanması üçün təcrübəli QHT ekspertlərindən ibarət işçi qrup yaradıb. Bu gün Şura sədri Azay Quliyevin sədrliyi ilə işçi qrupun ilk iclası olub.
İclasda çıxış edən ekspertlər hazırlanacaq sənədin ən azı yaxın beş il üçün QHT-lərin inkişaf perspektivlərini dəqiq ehtiva etməsinin vacibliyini vurğulayıblar. Bu mənada QHT qanunvericiliyinin təkmilləşdirilməsi, tədris və məlumatlandırma işinin daha effektiv təşkili, QHT-lərin faydalılıq əmsalı üzrə təsnifatlandırılması, region QHT-lərinin potensialının gücləndirilməsi, dövlət-QHT-biznes əməkdaşlığı və digər məsələlərin sənəddə öz əksini tapması ilkin variant olaraq irəli sürülüb. Sənədin hazırlanma və müzakirəsi proseslərində QHT-lərin və beynəlxalq təşkilatların təkliflərinin nəzərə alınmasının da fayda verəcəyi qeyd edilib.
İşçi qrupa aşağıdakı ekspertlər daxildir:
İlqar Ağasıyev, ABŞ İnkişaf Agentliyi Kontrapart İnterneşnel təşkilatının layihə rəhbəri:
[email protected] Pərviz Musayev, USAİD təşkilatının ölkə üzrə direktoru:
[email protected] Məhəmməd Quluzadə, İCNL təşkilatının ölkə üzrə direktoru:
[email protected] Rauf Zeyni, Milli QHT Forumunun prezidenti:
[email protected] Aydın Kərimov, Müstəqil hüquq Mərkəzinin prezidenti:
[email protected] İsrail İsgəndərov, “Ümid” Sosial Dayaq Mərkəzinin prezidenti:
[email protected] Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri:
[email protected] Umud Rəhimoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti:
[email protected] Qubad İbadoğlu, İctimai Təşəbbüslər Mərkəzinin sədri:
[email protected] Sabit Bağırov, Sahibkarlığın və bazar İqtisadiyyatının İnkişafına yardım Fondunun sədri:
[email protected] Əliməmməd Nuriyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti:
[email protected]
Hazırlanan səndələ bağlı təklifləri ekspertlərin hər birinə ünvanlamaq olar.
Modern.az