Modern.az

Livan ermənilərinin Qarabağa KÖÇÜ BAŞLAYIR: İlk 150 ailə Laçında məskunlaşdırılır

Livan ermənilərinin Qarabağa KÖÇÜ BAŞLAYIR: İlk 150 ailə Laçında məskunlaşdırılır

5 Avqust 2020, 19:50

Livanın paytaxtı Beyrutda baş verən partlayışı bəhanə edən Ermənistan hakimiyyəti Qarabağa süni köçürmə siyasətini davam etdirir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma Qarabağ rejiminin rəhbəri Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunu rəhbəri, diaspor ermənilərinin dini lideri I Arama zəng edib. O, Beyrutdakı partlayışa görə 100-150 erməni ailəsinin Livandan Qarabağa köçürülməsini təklif edib. I Aramın təklifə müsbət cavab verdiyi və prosesin detallarının müzakirəsinə başlanıldığı bildirilir.

Partlayışı bəhanə edən separatçıların lideri onları Laçın, Zəngilan və Kəlbəcər rayonlarının ərazisində məskunlaşdırmağı düşünür.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi