Modern.az

Sarkisyan Aprel döyüşündə ölən 110 hərbçiyə görə üzr istəməkdən İMTİNA ETDİ

Sarkisyan Aprel döyüşündə ölən 110 hərbçiyə görə üzr istəməkdən İMTİNA ETDİ

19 Avqust 2020, 13:34

Ermənistanın eks-prezidenti Serj Sarkisyan bu gün  2016-cı ilin Aprel döyüşləri ilə bağlı geniş mətbuat konfransı keçirir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, jurnalistlərdən biri Serj Sarkisyanın Yerevandan işğal altındakı Xocalı aeroportuna uçacaq təyyarənin ilk sərnişini olacağı barədə vədini onun yadına salıb.

Jurnalist eks-prezidentdən uçuşla bağlı sözünü nə üçün tutmadığını soruşub.


 “Mən ilk sərnişim olmadım, çünki uçuş baş tutmadı”- deyə Sarkisyan suala birbaşa cavab verməyib.

 

Xatırladaq ki, Serj Sarkisyan 2011-ci il martın 31-də İsveçrə Konfederasiyasının prezidenti Mişlin Kalmi-Reylə birgə mətbuat konfransı zamanı mayın 9-da açılışı planlaşdırılan Xocalı aeroportuna ilk eniş edəcək təyyarənin sərnişini olacağını bəyan etmişdi. Amm rəsmi Bakının sərt etirazından sonra uçuş baş tutmamışdı.

 

2016-cı ilin aprelində ümumilikdə 110 hərbi qulluqçu itirdiklərini deyən Sarkisyan bu ölümlərin məsuliyyətini öz üzərinə götürdüyünü deyib. Bununla belə, eks-prezident ölənlərin ailə üzvlərindən üzr istəməkdən imtina edib. 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?