Modern.az

Azərbaycanda nazirlik saytlarının yeni reytinq cədvəli açıqlanıb

Azərbaycanda nazirlik saytlarının yeni reytinq cədvəli açıqlanıb

29 İyun 2012, 16:23


İyunun 29-da  Multimedia Mərkəzi tərəfindən “Azərbaycanda “Açıq hökumət”  təşəbbüsünün həyata keçirilməsində  vətəndaş cəmiyyətinin  rolunun gücləndirilməsi “   mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Multimedia Mərkəzinin direktoru  Osman Gündüz “Açıq Hökumət Tərəfdaşlığı” (AHT) haqqında məlumat verib və bu istiqamətdə ölkədə aparılan işləri diqqətə çatdırıb.  O, AHT-nin əsas prinsiplərindən olar informasiya açıqlığı və elektron hökumət quruculuğu sahəsində Mərkəz tərəfindən görülən işlərdən danışıb. Osman Gündüz  informasiya  açıqlığı üzrə mərkəzi və yerli icra   qurumlarının növbəti reytinq  cədvəlini və hesabatı  ictimaiyyətə təqdim edib.
O, 6 ay ərzində  64 dövlət  qurumunun və 67 yerli icra hakimiyyətlərinin rəsmi internet resursunun monitorinqinin aparıldığını  qeyd edib.  Rəsmi saytların 60  parametr üzrə kəmiyyət  və  keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla  informasiya  açıqlığı  vəziyyətinin analiz olunduğu  bildirilib.  

Osman Gündüz builki monitorinq prosesində mərkəzi icra orqanları tərəfindən göstərilən elektron xidmətlərin də araşdırıldığını bildirib. Ölkə prezidentinin 23 may tarixli elektron xidmətlərlə bağlı  Fərmanından sonrakı 1 il ərzində   dövlət qurumları tərəfindən bu istiqamətdə xeyli işlərin görüldüyü diqqətə çatdırılıb. Hazırda 260-dan çox  elektron xidmət təklif olunsa da, onun yalnız 94-nün interaktiv olması və mövcud tələblərə cavab verməsi qeyd edilib.

Osman  Gündüz  həm informasiya açıqlığı sahəsində, həm də elektron xidmətlərlə bağlı dövlət  qurumları arasında kəskin informasiya bərabərsizliyinin olduğu  vurğulanıb.

Monitorinqin nəticələrinə əsasən informasiya  açıqlığı üzrə Reytinq Cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq Vergilər Nazirliyi (71%), DSMF (68%) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (65%) tutub. Sonuncu yerlər isə Nazirlər Kabinetinə və Müdafiə Nazirliyinə məxsusdur.

64 Mərkəzi icra qurumları üzrə orta informasiya  açıqlığı  göstəricisi  33.5% ( ötən il 27%) olub. Yerli icra hakimiyyətləri üzrə orta informasiya açıqlığı göstəricisi isə cəmi 7% olub.

Yerli İcra qurumları arasında 1-ci , 2-ci və 3-cü yerləri Binəqədi İH (20.9%), Qəbələ İH (15.6%) və Xətai İH (15.5) əldə edib. Şəhər icra hakimiyyətləri içərisində 1-ci yeri Şəki şəhər İH (34 %) tutub.

Dəyirmi Masada Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi Asif Əliyev, İREX –in əməkdaşı Ələsgər Məmmədli , RİTN-nin Hüquq şöbəsinin müdiri Bəxtiyar Məmmədov, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin nümayəndəsi Elnur Sultanov, Milli Büdcə Qrupunun koordinatoru Qalib Abbaszadə, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Vasif Mövsümov, TURAN İA – nın rəhbəri Mehman Əliyev, Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi Nazim  İsmayılov, ekspert Azər Həsrət  və digərləri çıxış ediblər.

Çıxışlarda aparılan Monitorinqin mühüm əhəmiyyət kəsb etməsi vurğulanıb. Son dövrlərdə ictimai   informasiyaların  rəsmi saytlardan əldə edilməsi sahəsində xeyli irəliləyişlərin olduğunu bildiriblər. Təqdimat mərasimində hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq  təşkilatların  nümayəndələri  iştirak edib. 

Mərkəzi icra hakimiyyəti orqanlarının İnformasiya açıqlığı üzrə Reytinq Cədvəli
(01 fevral, 2012 –   iyun, 2012)

Dövlət qurumunun adı

Rəsmi saytı

İnformasiya açıqlığı (faizlə)    2012

  1.  

Vergilər Nazirliyi

 www.taxes.gov.az

71

  1.  

Dövlət Sosial Müdafiə Fondu

www.sspf.gov.az

68

  1.  

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

www.dqmk.gov.az

65

  1.  

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

www.mincom.gov.az

59

  1.  

İqtisadi İnkişaf Nazirliyi  

  www.economy.gov.az   

56.5

  1.  

Daxili İşlər Nazirliyi

www.din.gov.az

56

  1.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

www.mlspp.gov.az 

55

  1.  

Səhiyyə Nazirliyi

www.sehiyye.gov.az

54.5

  1.  

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

www.scs.gov.az

54

  1.  

Təhsil Nazirliyi

www.edu.gov.az

52.5

  1.  

Əmlak Məsələləri Dövlət Komitəsi

www.emdk.gov.az

52

  1.  

Ədliyyə Nazirliyi 

www.en.gov.az

 

51.5

  1.  

Dövlət Gömrük Komitəsi

www.customs.gov.az 

51

  1.  

Hesablama Palatası

www.ach.gov.az 

49.5

  1.  

Mərkəzi Bank

www.cbar.az

49

  1.  

Dövlət Neft Fondu

www.oilfound.az

48.5

  1.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

www.eco.gov.az

48

  1.  

Baş  Prokurorluq

www.genprosecutor.gov.az

47

  1.  

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

www.dtxk.gov.az

 

46.5

  1.  

Milli Məclis

www.meclis.gov.az

46

  1.  

Dövlət Miqrasiya Xidməti

www.migration.gov.az

42.5

  1.  

Dövlət Statistika Komitəsi

www.azstat.org

42

  1.  

Standartlaşdırma. Metrologiya və Patent üzrə Dövlət Komitəsi

www.azstand.gov.az

39.5

  1.  

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

www.tqdk.gov.az

 

39

  1.  

Xarici İşlər Nazirliyi

www.mfa.gov.az

38

  1.  

Sənaye və Energetika Nazirliyi

www.mie.gov.az

 

37

  1.  

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 

www.refugee.gov.az

 

36

  1.  

Fövqəladə Hallar Nazirliyi

www.fhn.gov.az

 

35.5

  1.  

Məhkəmə-Hüquq Şurası

www.jlc.gov.az

 

35

  1.  

Nəqliyyat Nazirliyi

www.mot.gov.az

 

34.5

  1.  

Satınalmalar üzrə Dövlət Agentliyi

www.tender.gov.az

 

34

  1.  

Maliyyə Nazirliyi

www.maliyye.gov.az

32.5

  1.  

Dövlət Neft Şirkəti 

www.socar.az

 

32

  1.  

İnsan Hüquqları üzrə Müvəkkili 

www.ombudsman.gov.az

 

31.5

  1.  

Ali Məhkəmə

www.supremecourt.gov.az

 

30

  1.  

Azərbaycan Respublikası Prezidentinin saytı  

www.president.gov.az

 

29.5

  1.  

Auditorlar Palatası

www.audit.gov.az

 

28.5

  1.  

QHT-lərə Dövlət Dəstəyi Şurası

www.cssn.gov.az

 

27

  1.  

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya

www.antikorrupsiya.gov.az

26.5

  1.  

Mədəniyyət və Turizm Nazirliyi

www.mct.gov.az

 

26

  1.  

Kənd Təsərrüfatı Nazirliyi

www.agro.gov.az

25.5

  1.  

Baş Dövlət Yol Polisi İdarəsi

www.dyp.gov.az

25

  1.  

“Azərbaycan Dəmir Yolları” QSC 

www.railway.gov.az

24.5

  1.  

 Milli Elmlər Akademiyası

www.elm.gov.az

 

24

  1.  

Müdafiə Sənayesi Nazirliyi 

www.mdi.gov.az

23

  1.  

Müəllif Hüquqları Agentliyi

www.copag.gov.az

 

22

  1.  

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

www.scwra.gov.az

 

21

  1.  

Dövlət Sərhəd Xidməti

www.dsx.gov.az

20.5

  1.  

Mərkəzi Seçki Komissiyası 

www.msk.gov.az

 

19

  1.  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

www.scfwca.gov.az

 

 

 

18

  1.  

Milli Teleradio Şurası

www.ntrc.gov.az

 

17.5

  1.  

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

www.mst.gov.az

17

  1.  

Diasporla İş üzrə Dövlət Komitəsi

www.diaspora.gov.az

 

16.5

  1.  

Azərbaycan Hava Yolları QSC

www.azal.az  

16

  1.  

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 

www.arxkom.gov.az  

15.5

  1.  

Gənclər və İdman Nazirliyi

www.mys.gov.az

15

  1.  

Konstitusiya Məhkəməsi 

www.constcourt.gov.az

14

  1.  

Dövlət Sığorta Kommersiya Şirkəti

www.azersigorta-az.com

13.5

  1.  

Xüsusi Dövlət Mühafizə Xidməti

www.dmx.gov.az

10.5

  1.  

 Dövlət Xəzər Dəniz Gəmiçiliyi

www.caspar.az

10

  1.  

Milli Təhlükəsizlik Nazirliyi

www.mns.gov.az

9

  1.  

Əsir və İtkin Düşmüş. Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası 

www.human.gov.az

8

  1. 61.

Müdafiə Nazirliyi

www.mod.gov.az

7

  1. 59.

Nazirlər Kabineti

www.cabmin.gov.az 

6

Ölkə üzrə orta informasiya açıqlığı

~ 33.5 %

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu