Modern.az

Ərdoğandan Putinə: “Ermənistan öz silahlı qüvvələrini Azərbaycan torpaqlarından dərhal çıxarmalıdır”

Ərdoğandan Putinə: “Ermənistan öz silahlı qüvvələrini Azərbaycan torpaqlarından dərhal çıxarmalıdır”

7 Noyabr 2020, 23:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

 

Modern.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

 

Türkiyə Prezidenti vurğulayıb ki, Ermənistan öz silahlı qüvvələrini işğal edilmiş Azərbaycan torpaqlarından dərhal çıxarmalıdır.

 

T.Ərdoğan bildirib ki, Azərbaycanın əks-hücum əməliyyatı öz torpaqları çərçivəsində həyata keçirilir.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?