Modern.az

Ordumuz Xocalı-Şuşa yolu ilə hərəkət edən düşmən texnikasını məhv etdi 

Ordumuz Xocalı-Şuşa yolu ilə hərəkət edən düşmən texnikasını məhv etdi 

9 Noyabr 2020, 15:12

Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və döyüş texnikasını məhv etməkdə davam edir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, noyabrın 9-da günorta saatlarında Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan 1 ədəd yük maşını zərbə PUA-sı ilə məhv edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!