Modern.az

Ermənistan ordusunun Qarabağdan çıxarılmasına BAŞLANILDI

Ermənistan ordusunun Qarabağdan çıxarılmasına BAŞLANILDI

10 Noyabr 2020, 07:21

Bakı vaxtı ilə saat 07:00-dan etibarən Rusiya Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə paralel olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı kontingent yerləşdirməyə başlayır.

 

Modern.az-ın "TASS"a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

 

"Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatına uyğun olaraq, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 06:00-dan etibarən Rusiya Federasiyası Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə paralel olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı kontingent yerləşdirməyə başlayır" - məlumatda bildirilir.

 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!