Modern.az

“Dağlıq Qarabağa Türkiyə sülhməramlıları yeridilməyəcək” - Polad Bülbüloğlu

“Dağlıq Qarabağa Türkiyə sülhməramlıları yeridilməyəcək” - Polad Bülbüloğlu

11 Noyabr 2020, 22:24

"Müxtəlif şayiələrə və ayrı-ayrı bəyanatlara baxmayaraq, Dağlıq Qarabağa Türkiyə sülhməramlıları yeridilməyəcək".



Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın RBK telekanalına müsahibəsi zamanı qeyd edib.



“Söhbət Türkiyə sülhməramlılarının, əsgərlərin yeridilməsindən getmir. Söhbət tərəflərin bəyanatın icrasına texniki nəzarətindən gedir” , - deyə səfir bildirib.



Bülbüloğlunun sözlərinə görə, Qarabağ ərazisində Türkiyə qoşunlarının olmasına zərurət yoxdur, ancaq Ankara Moskva ilə birlikdə regiondakı vəziyyətin monitorinqində iştirak edərsə, Bakı bundan şad olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü