Modern.az

İşxan Saqatelyan: \"Paşinyan “Yerablur”u təhqir etdi\"

İşxan Saqatelyan: \

20 Dekabr 2020, 09:07

Baş nazir Nikol Paşinyan matəm elan edərək, bu gündən siyasi maraqları üçün yararlandı.

 

Modern.az "Aysor.am"a istinadən xəbər verir ki, bunu "Daşnaksütyun"un rəsmisi İşxan Saqatelyan deyib.

 

“Faktiki olaraq, o, “Yerablur”u, matəm yürüşünün keçirildiyi hərbi pantenonu, təhqir etdi. O, öz hakimiyyətinə, kreslosunun saxlanılmasına görə yenidən ölkəni sarsıntılara aparır. Artıq hamıya aydındır ki, bu insan üçün kreslo ölkəmizdən, bizim Vətənimizdən, daxili sabitlik və yekdillikdən əzizdir", - İşxan Saqatelyan deyib.

O, qeyd edib ki, baş nazir vətənin qurtuluşuna görə vəzifədən kənarlaşdırılmalıdır.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi