Modern.az

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb - SƏNƏD

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb - SƏNƏD

Qarabağ

22 Dekabr 2020, 11:44

Ermənistanın 2010-cu ildə Azərbaycanın ərazi bütövlüyünü tanıyıbmış.

 

Modern.az xəbər verir ki, baş nazir Nikol Paşinyan hazırda Azərbaycanla-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesinin hələ 2010-ci ildə qəbul edilmiş qanuna əsasən, həyata keçirildiyini söyləyib.

“Zod kənd icması Qeqarkunik vilayətinin cənub-şərq istiqamətində yerləşib və şimaldan və şimal-şərqdən Azərbaycan Respublikası ilə həmsərhəddir”-deyə qanunda deyilir.


Qanun Naxçıvan, Qarabağ və Tovuz-Qazax bölgəsində iki ölkənin dövlət sərhədləri barədə detallı məlumat verir. Faktiki olaraq, qanun layihəsi Ermənistanın Azərbaycanın dünya birliyi tərəfindəön tanınan dövlət sərhədlərini qəbul edir. 

 

Paşinyan Serj Sarkisyanın dövründə parlamentin "Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi haqqında" qanun layihəsinə Respublika Partiyasının, "Çiçəklənən Ermənistan" Partiyasının və "Daşnaksütyun" Partiyasının səs verdiyini xatırladıb.

O, Ermənistan ordusunun məhz 2010-cu ildə müəyyən olunmuş sərhəd xəttinə geri çəkildiyini əlavə edib.

Qanun layihəsinin mətni hissələr şəklində sosial şəbəkələrdə paylaşılıb.  

 

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi