Modern.az

Müdafiə nazirləri Birgə Monitorinq Mərkəzini müzakirə ETDİLƏR

Müdafiə nazirləri Birgə Monitorinq Mərkəzini müzakirə ETDİLƏR

Qarabağ

29 Yanvar 2021, 19:22

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

 

Modern.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, tərəflər Qarabağda atəşkəsə nəzarət edəcək və Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı fikir mübadiləsi aparıblar.

 

H.Akar Monitorinq Mərkəzinin formalaşdırılması istiqamətində işlərin tamamlandığını bildirib:

 

"Mərkəzdə bir generalımız və 38 personalımız təmsil olunacaq. Mərkəzin atəşkəsin davamlılığı, sülhün və sabitliyin bərqərar olunmasına töhfə verəcəyinə inanırıq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi