Qarabağda ölən erməni hərbçilərin cəsədlərinin axtarışı davam edir.
Modern.az xəbər verir ki, ötən gün ərzində Xocavənd, Tərtər və Cəbrayıl rayonlarında daha 15 erməni hərbçinin cəsədi aşkar olunub. Cəsədlərdən 2-si Xocavənd, 13-ü isə Cəbrayıl rayonu ərazisində tapılıb.
Axtarışlar Hadrut, Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində davam etdirilir. Bu günə qədər işğaldan azad olunmuş ərazilərdə 1344 erməni hərbçinin cəsədi tapılıb.