Modern.az

Ağdamda partlayış - 1 hərbçimiz həlak oldu, 2-si yaralandı

Ağdamda partlayış - 1 hərbçimiz həlak oldu, 2-si yaralandı

4 Fevral 2021, 20:40

Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.

 

Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

 

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi