Modern.az

Qarabağda erməni cəsədlərinin axtarışı dayandırılıb

Qarabağda erməni cəsədlərinin axtarışı dayandırılıb

Qarabağ

9 Mart 2021, 15:31

Qarabağ ərazisində həlak olan erməni hərbçilərin cəsədlərinin axtarışı yenidən müvəqqəti dayandırılıb.

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, buna Dağlıq Qarabağ bölgəsində güclü qarın yağması səbəb olub.

Məlumatda deyilir ki, axtarışlar hava şəraiti yaxşılaşanda bərpa ediləcək.

44 günlük müharibə dayandıqdan bu günədək 1490 erməni hərbçi, könüllü və mülki şəxsin meyiti tapılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi