Ermənistanın eks-prezidenti Serj Sarkisyan məhkəməyə gəlib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, yenidən Qarabağın statusunun həll olunmadığını söyləyib.
“Qarabağ, daha doğrusu, Qarabağdan qalan hissə heç zaman Azərbaycanın tərkibində olmayacaq. Qarabağın statusu həll olunmayıb. Mən siyasi səngəri, ümumiyyətlə, heç bir səngəri tərk etməyəcəm. Təslimçilər getməlidir. Xalq ölkənin təhlükəsizliyini təmin edəcək dövlətyanlı hökumət seçməlidir. Başqa yol və alternativ yoxdur”.