Parlament Jurnalistləri Birliyi Azərbaycanda mətbuat muzeyinin açılmasını təklif edir. Bu barədə Modern.az-a PJB-nin sədri Elşad Eyvazlı məlumat verib. O qeyd edib ki, mətbuatı Azərbaycandan sonra yaranan ölkələrin əksəriyyətində belə muzey var.
“Bizim mətbuatımızın böyük və şanlı tarixi var. Hesab edirik ki, Azərbaycanda mətbuat muzeyi olmalıdır. Ölkəmizə gələn media nümayəndələri, eyni zamanda azərbaycanlı tələbələr və digər sahələrin insanları muzeyə baş çəkməklə Azərbaycan mətbuatın tarixinə ekskursiya edə bilərlər”, – deyə E. Eyvazlı bildirib.