Modern.az

İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi - FOTO

İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi - FOTO

3 İyun 2021, 00:02

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə şəhidin qardaşı məlumat verib.

 

Göygöl rayonu, Murovdağ qəsəbə sakini MAHHXQ 1999-cu il təvəllüdlü Verdiyev Eldəniz Rabil oğlunun Murovdağ istiqamətində nəşi tapılıb.

 

Şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunacaq.

 

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Verdiyev Eldəniz Rabil oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb (apa).

 

Allah rəhmət eləsin!

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi