Modern.az

Rusiya Jurnalistlər İttifaqından Kəlbəcərdəki faciə ilə bağlı başsağlığı

Rusiya Jurnalistlər İttifaqından Kəlbəcərdəki faciə ilə bağlı başsağlığı

6 İyun 2021, 14:58

Rusiya Jurnalistlər İttifaqı azərbaycanlı jurnalistlərin Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində həlak olmaları ilə əlaqədar başsağlığı verib.

 

Modern.az xəbər verir ki, təşkilatın saytında yerləşdirilmiş başsağlığı mətnində deyilir:

 

“Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində iki jurnalist həlak olub. Partlayış nəticəsində iki həmkarımız – telekanalın operatoru Sirac Abışov və AzərTAc informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov həlak olublar.

 

Rusiya Jurnalistlər İttifaqı həlak olanların doğmalarına və yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verir”.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal