Modern.az

Rüstəm Muradov Qarabağa GƏLİR

Rüstəm Muradov Qarabağa GƏLİR

Qarabağ

9 Noyabr 2021, 10:18

Rusiya sülhməramlıları Qarabağda yerləşdirilmələrinin ildönümü münasibətilə böyük tədbir keçirməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan qəzeti "Hraparak” məlumat yayıb.

 

“Rusiya Müdafiə Nazirliyi təxminən 200 medal hazırlayıb və onları Cənub Hərb Dairəsinin komandan müavini Rüstəm Muradov gətirəcək. Fərqlənən hərbçilər medallarla təltif olunacaq. Muradov bu gün Ermənistana, sabah isə mükafatların verilmə mərasiminin keçiriləcəyi Qarabağa yollanacaq”,- deyə məlumatda qeyd olunub.

 

Qeyd edək ki, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlıları 5 il müddətinə Azərbaycan ərazisinə yerləşdirilib. R.Muradov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin ilk komandanı təyin edilib.

 

Hazırda Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına general-mayor Mixail Kosobokov rəhbərlik edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi