Modern.az

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadılır - Sənəd TBMM-ə təqdim olundu

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadılır - Sənəd TBMM-ə təqdim olundu

Qarabağ

9 Noyabr 2021, 11:16

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının uzadılması barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə KİV-ləri yayıb.

 

Qeyd edilib ki, layihənin noyabrın 9-da müzakirə ediləcəyi planlaşdırılır.

 

Həmin müddətin 2022-ci ilin noybarınadək uzadılması gözlənilir. 

 

Xatırladaq ki, 2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir il müddətinə səlahiyyət vermişdi. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi