Modern.az

“Qarabağ”ın pley-offdakı rəqibi bəlli oldu

“Qarabağ”ın pley-offdakı rəqibi bəlli oldu

Qarabağ

13 Dekabr 2021, 17:21

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Modern.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi bilinib. Komandamız Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə fevralın 24-də oynanılacaq. Mərhələni keçən tərəf Konfrans Liqasının 1/8 finalına yüksələcək.

Konfrans Liqası: Pley-off 

“Marsel” (Fransa) - “Qarabağ” (Azərbaycan)
PSV (Niderland) - “Makkabi” (Təl-Əviv, İsrail)
“Fənərbaxça” (Türkiyə) - “Slaviya” (Çexiya)
“Midtülland” (Danimarka) - PAOK (Yunanıstan)
“Lester” (İngiltərə) - “Randers” (Danimarka)
“Seltik” (Şotlandiya) - “Bodo Qlimt” (Norveç)
“Sparta” (Çexiya) - “Partizan” (Serbiya)
“Rapid” (Avstriya) - “Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi