Şuşada böyük bir yanacaqdoldurma məntəqəsi tikilir, Ağdamda, Füzulidə, əsasən işlər gedən rayonlarda yanacaqla təmin olunma üçün stansiyalar artıq tikilib başa çatdırılır.
Modern.az-ın məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
O bildirib ki, bu gün Şərqi Zəngəzurda - Qubadlı ərazisində ilk yanacaqdoldurma stansiyasıaçılıb.
SOCAR prezidenti Şərqi Zəngəzurda işlərin davam etdiyini deyib:
"Bilirsiniz ki, Prezident İlham Əliyevin göstərişi ilə artıq azad olunmuş torpaqların qazla təmin olunması proqramına baxılır, layihələndirilir və tez bir zamanda bu işlərə də başlanılacaq. Düşünürəm ki, Prezident İlham Əliyevin istədiyi kimi azad olunmuş torpaqlar çiçəkli bir yaşayış məntəqələrinə çevriləcəklər. Şuşada böyük bir yanacaqdoldurma məntəqəsi tikilir, Ağdamda, Füzulidə, əsasən tikinti işləri gedən rayonlarda yanacaqla təmin olunma üçün stansiyalar artıq tikilib başa çatdırılır. Kapital Bankın burada filialı açılıb. İstənilən valyuta ilə buradan yanacaq almaq mümkün olacaq".