Modern.az

Fransalı namizəddən Xankəndiyə qanunsuz SƏFƏR

Fransalı namizəddən Xankəndiyə qanunsuz SƏFƏR

22 Dekabr 2021, 23:05

Bu günlərdə Ermənistanda olan Fransa prezidentliyinə namizəd, hazırda İl-de-Frans şəhər şurasının sədri, Respublikaçılar Partiyasının nümayəndəsi Valeri Pekres gizli şəkildə Qarabağa qanunsuz səfər edib. 

 

Modern.az xəbər verir, bu barədə "France Télévisions" kanalının jurnalisti və siyasi şərhçisi Julien Neni özünün "Twitter" səhifəsində məlumat verib.

 

O qeyd edib ki, Pekress Xankəndi şəhərində qondarma qurumun nümayəndələri ilə görüşüb.

 

Bildirilir ki, təhlükəsizliyə görə səfər media tərəfindən işıqlandırılmayıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi